Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatdan Azərbaycanda qadınların pensiya yaşının azaldılması ilə bağlı təklif

“Pensiya yaşı ilə bağlı yanaşmamız ondan ibarətdir ki, diferensial yaş mexanizmi tətbiq olunsun. Xanımların daha tez pensiyaya çıxmasını təklif edirik”...

Bunu “Unikal”a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, burada iki məqam var:

“Birincisi, xanımların pensiya yaşının kişilərlə müqayisədə daha az olmasıdır. Belə ki, xanımların pensiya yaşı 63-də saxlanılsın. Ona görə ki, xanımların xüsusən yaşlı dövrlərində sosial təminata daha çox ehtiyacları var. Rəsmi statistika göstərir ki, xanımların əməkhaqqısı ilə kişilərin maaşı arasında fərq var.

Kişilərin rəsmi əməkhaqqısı xanımlarla müqayisədə təxminən 2 dəfə çoxdur. Bu o deməkdir ki, xanımların sosial kapital yığımları nisbətən azdır. Ona görə də xanım vətəndaşlarımız üçün pensiya yaşı tamam olan zaman kapitalın xüsusi əmsala vurulmasını təklif edirik. Əgər xanım vətəndaşımızın pensiya kapitalı 40 min manatdırsa, həmin vəsait 1,5 əmsalına vurulsun. Bu zaman kapital avtomatik olaraq 60 min manat olur. Bu da imkan verir ki, xanım vətəndaşımız pensiya yaşı tamam olan zaman daha çox pensiya alsın”.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Ölkədə 1 iyul 2023 - 30 iyun 2024-cü il tarixində kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı 63 il 6 ay olacaq. 1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində isə kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 64 il olacaq.

Poliqon.info

 


Etiket: Qadın Pensiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Ən çox oxunanalar