Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Poliqon-a verilən xəbərə görə, “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə edilən yeni dəyişiklik uşaqlara görə güzəştli şərtlərlə (pensiya yaş həddi 5 il azaldılmaqla) pensiya hüququ olan şəxslərə də pensiyanın proaktiv təyin edilməsinə imkan yaradacaq.

Bu vaxta qədər 5 və daha çox uşağı olan şəxslərə güzəştli şərtlərlə pensiya təyinatı üçün Qanunda həmin uşaqların səkkiz yaşınadək onlar tərəfindən tərbiyə etmə və böyütmə tələb olunurdu. Bu fakt da yalnız vətəndaşın təqdim etdiyi arayış əsasında təsdiq edilirdi.

Yeni dəyişikliklə artıq bu tələb aradan qalxıb və bu pensiya növünün də proaktiv təyinatına artıq maneə qalmır.

Eyni zamanda, Qanunun 8.1-ci maddəsində göstərilir ki, qadınlar öz uşaqlarından əlavə övladlığa və ya qəyyumluğa uşaq götürüb 8 yaşınadək tərbiyə etdikdə və uşaqların sayı öz uşaqları ilə birlikdə 5 və ya daha çox olduqda onların da 5 il erkən pensiya hüququ var. Yeni dəyişikliklə övladlığa və ya qəyyumluğa götürülən həmin uşaqların yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar olması şərti ilə bu hüquq yaranacaq.

Həmçinin əlilliyi müəyyən edilmiş uşağı olan valideynlərlə yanaşı, əlilliyi müəyyən edilmiş uşağı 8 yaşınadək övladlığa və ya qəyyumluğa götürmüş şəxslərə də uşaqlara görə güzəştli şərtlərlə pensiya hüququ veriləcək.

Bu da övladlığa və qəyyumluğa götürülməyə ehtiyacı olan, müvafiq dövlət müəssisələrində yerləşdirilmiş uşaqların ailə qayğısı ilə əhatə olunmasını stimullaşdırmaq məqsədi daşıyır.

Eləcə də bu vaxtadək ana vəfat etdiyinə və ya valideynlik hüququndan məhrum edildiyinə, yaxud ana ilə nikaha xitam verildiyinə görə 5 və daha çox uşağını və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara 5 il erkən pensiyaya çıxmaq hüququ verilirdi.

Yeni dəyişiklik həmin atalara artıq növbəti nikaha daxil olduqları halda da bu hüququn şamil olunmasını nəzərdə tutur.

Poliqon.info


Etiket: pensiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Le Penin qazandığl, Makronun uduzduğu fransız seçkiləri...

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı

Məmur qardaşı otağında bıçaqlanan keçmiş deputat yenidən millət vəkili olmaq istəyir

Bakı-Qazax yolunda qəza olub, bir nəfər ölüb, 3 uşaq xəsarət alıb - Foto, Yenilənib

Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxunub - Yenilənib

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il olacaq

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Ən çox oxunanalar