Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Spirtli içkilər ildə 2,5 milyon insanı öldürür

Bu gün Ümumdünya Alkoqolizmlə Mübarizə günü qeyd edilir...

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada spirtli içkilərin zərərli təsirindən ildə təqribən 2,5 milyon insan dünyasını dəyişir.

Bu ciddi problemə ictimaiyyətin nəzərini cəlb etmək və həll yollarını müəyyən etmək üçün hər il oktyabrın 3-də Ümumdünya Alkoqolizmlə Mübarizə günü qeyd edilir.

PİA.az-ın tibb.az-a istinadən xəbərinə görə, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) açıqladığı məlumatda bildirilir ki, spirtli içkilərə həddən artıq aludəçilik 200-dən çox xəstəliyin yaranmasının başlıca faktorudur. Bu gün alkoqolizm ürək-damar xəstəliklərinin yaranmasının 25%-ni təşkil edir.

Alkoqoldan kəskin istifadə ürək əzələlərinin distrofik piy degenerasiyasına səbəb olur. Bu da koronar damar xəstəliyinə, miokard infarktına, stenokardiyaya gətirib çıxara bilər.

Alkoqolizm nəticəsində mədənin selikli qişası, onun fermentasiya funksiyası pozulur. Spirt xüsusən qaraciyərə zərər vurur. Alkoqol qəbul etmə fonunda hepatit xəstəliyi ağır keçir, qaraciyər sirrozu daha tez özünü büruzə verir, pankreatit müşahidə olunur və mədəaltı vəzinin zədələnməsi ilə diabet xəstəliyinin əmələ gəlmə ehtimalı xeyli artmış olur.

Müntəzəm olaraq içki içən kişilərin təxminən 1/3 hissəsi impotensiyadan əziyyət çəkir, qadınlarda reproduktiv funksiyanın fəaliyyəti zəifləyir, dünyaya gətirdikləri uşaqlar ağır qüsurlarla və ya ölü doğulurlar. Doğulan uşaqlar fiziki cəhətdən pis inkişaf edir, onlarda psixi problemlər qeydə alınır.

Bütün dünyada 20-39 yaşlarda baş verən ölüm səbəblərinin təxminən 25%-i alkoqol istifadəsi ilə əlaqədardır.

Alkoqol aludəçiliyi sağlamlığa vurduğu zərərdən əlavə, həm də bütövlükdə cəmiyyətin sosial və iqtisadi vəziyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Tanınmış tarixçi, professor Şahin Fazil vəfat edib

Türkiyəli nazir Azərbaycana təşəkkür etdi - Video

Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərinə başlayıb - Video  

Ən çox oxunanalar