Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Söyüş maşını”nın Azərbaycandakı mülkləri — Video

Azərbaycan dövləti və hökuməti haqqında qərəzli və şantaj dolu videoçıxışlar edən Qurban Məmmədova saysız-hesabsız mülklər verilib.

Qafqazinfo”nun məlumatına görə, bu məsələlər Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və keçmiş şöbə müdiri Əli Həsənovun tapşırığı ilə həyata keçirilib.

2011-ci ildə Gilan MMC-yə məxsus olan AzərTrans MMC tərəfindən yeni binanın inşası ilə əlaqədar sakinlərin köçürülməsinə başlanılıb. Bu zaman Qurban Məmmədova məxsus 130 kv.metrlik sahə saxtakarlıq yolu ilə 480 kv. metr göstərilib. Qurban Məmmədov saxta yolla 480 kv metr kimi göstərilən ərazi müqabilində əmlakın verilməsi ilə razılaşmayıb. Ramiz Mehdiyevin müdaxiləsindən sonra Nərimanov rayonu ərazisindəki M.Nağıyev küçəsində inşa edilən binada 3 mənzil Qurban Məmmədova verilib. Bu mənzillərin ümumi sahəsi 306.5 kv metr, qeyri-yaşayış sahəsi isə 909 kv metrdir. 80 kvadrat metrlik qaraj da Qurban Məmmədovun mülkiyyətinə keçib. Bu sahəyə görə Q.Məmmədovun 1.324.500 manat pul ödədiyi deyilsə də, faktiki olaraq bu pul ödənilməyib.

Qurban Məmmədovun mülklərinin siyahısı da açıqlanıb. Bu siyahıda həm haqqında danışdığımız binadakı yaşayış və qeyri-yaşayış sahələri, həm də Mehdiabad qəsəbəsində 3 torpaq sahəsi, Nəsib bəy Yusifbəyli küçəsi 11 ünvanındada fərdi yaşayış evi, Xocahəsən qəsəbəsində qızı Turan Haqverdiyevanın adına iki fərdi yaşayış evi, Daş karxanası küçəsi 163 B ünvanında oğlu Elnur Məmmədovun adına fərdi ev, Biləcəri qəsəbəsində arvadı Mehparə Məmmədovanın adına əmlak və başqa mülklər də var. Siyahı tam deyil və Qurban Məmmədova peşkəş edilən mülklərin sayının daha çox olduğu istisna edilmir.

Təbii ki, Qurban Məmmədov Ramiz Mehdiyev və Əli Həsənovun ciddi dəstəyi olmadan bu qədər sərvəti əldə edə bilməzdi. Göründüyü kimi, Qurban Məmmədov onlar tərəfindın maliyyələşdirib və onun söyüş kampaniyasına dəstək verilib. Qurban Məmmədovun 130 kv.metrlik sahə əvəzinə 10 dəfə artıq – 1300 kv.metr sahəyə sahiblənməsi yəqin ki, hüquq-mühafizə orqanları tərəfondən araşdırılacaq.

Məsələyə Nərimanov Rayon İcra Hakimiyyətindən münasibət öyrəndik. İcra Hakimiyyətindən bildirildi ki, sökülmüş evlərin sakinlərinin köçürülməsi, kompensasiya verilməsi, sökülən mənzillərin əvəzləndirilməsi və bu kimi digər məsələlər birbaşa Gilan Holdinqlə sakinlər arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilib. Bu proseslərdə Nərimanov RİH-nin heç bir rəsmi və ya qeyri rəsmi iştirakı olmayıb.

Qurban Məmmədovun evinin sökülməsi və 10 qat artıq sahə ilə əvəzləşdirilməsi prosesində adı çəkilən “Gilan Holdinq” və “Atlant inşaat” şirkətlərindən mövqe öyrənə bilmədik. Bu şirkətlər susmağa üstünlük verdilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Qətlə yetirilən polislə bağlı - Baş Prokurorluqdan açıqlama

Ən çox oxunanalar