Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şoyqunun absurd iddiası - Rusiya sülhməramlıları Qarabağda hansı sülhün “qarantı” olaraq çıxış edir?

Rusiya müdafiə naziri Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib ki, Rusiya sülhməramlı qoşunları Qarabağda sülhün əsası və qarantı olmaqda davam edir...

Politoloq: “Rusiya hərbçiləri “minaların təmizlənməsi” mövzusu adı altında Azərbaycanda daha uzun müddət qalmaq istəyirlər”.

“Kremlə elə gəlir ki, ehtiyac olmadığı halda Rusiya sülhməramlıları Qarabağı tərk etməməlidirlər. Ancaq Kremlin bunu əsaslandırmaq üçün arqumenti zəifdir”.

Xəbər verdiyimiz kimi, Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinin də iştirak etdiyi Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib ki, Rusiya sülhməramlı qoşunları Qarabağda sülhün əsası və qarantı olmaqda davam edir. Rusiya Müdafiə Nazirliyi isə fərqli bir açıqlama yaymışdı. Açıqlamada Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanlığı ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar apardığı bildirilib.

Əgər Sergey Şoyqunun sözlərindən çıxış edərsək, Rusiya sülhməramlı qoşunları Qarabağda hansı sülhün “qarantı” olaraq çıxış edir? Ümumiyyətlə, bu açıqlama nədən xəbər verir və bu, rusiyalı sühməramlıların Qarabağda qalma müddətini uzatmaq cəhdi kimi dəyərləndirilə bilərmi?

Rusiyanın yeni sülhməramlı planını Poliqon-un əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Minaların təmizlənməsində təcrübəsi olmayan Qarabağdakı rusiyalı hərbçilərin bu çalışmalarda Azərbaycana necə yardımçı olacaqları sual doğurur”.

Azərbaycanın razılığı olmadan heç bir ölkənin və təşkilatın silahlı qüvvələrinin Qarabağa daxil ola bilməyəcəyini vurğulayan politoloq Poliqon-a bildirib ki, Rusiya sühməramlılarının Qarabağı tərk etməsini istədiyimiz kimi, Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən ölkə və təşkilatların bölgəmizə daxil olmasını da istəmirik:

“Şoyqunun fikirlərində ziddiyət var. Qarabağda sülh bərpa edilib və Şoyqunun təbirincə desək, Azərbaycanın kənar “qaranta” ehtiyacı yoxdur. Buna baxmayaraq, Kremlə elə gəlir ki, ehtiyac olmadığı halda Rusiya sülhməramlıları Qarabağı tərk etməməlidirlər. Ancaq Kremlin bunu əsaslandırmaq üçün arqumenti zəifdir.

Qarabağda minaları təmizləmək üçün uzun illər lazımdır. Deməli, Rusiya hərbçiləri “minaların təmizlənməsi” mövzusu adı altında Azərbaycanda daha uzun müddət qalmaq istəyirlər. Azərbaycanda minaların təmizlənməsiylə ANAMA (Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentlik) təşkilatı məşğuldur. Bu təşkilat minaların təmizlənməsinə yerli vətəndaşları cəlb edib və onlara aylarla xüsusi kurs keçilir. Bu səbəbdən minaların təmizlənməsində təcrübəsi olmayan Qarabağdakı rusiyalı hərbçilərin bu çalışmalarda Azərbaycana necə yardımçı olacaqları sual doğurur.

Elxan Şahinoğlu: “Bu işə rusiyalı sülhməramlıların deyil, Rusiyada bu işdə təcrübəsi olan mütəxəsisislərin Azərbaycana göndərilməsi faydalı olardı”.

Azərbaycan Qarabağda minaların təmizlənməsində ölkəmizə dəstək verən, avadanlıqlar göndərən, təcrübəsiylə bölüşən hər ölkəyə və təşkilata minnətdardır. Rusiya da bu işdə Azərbaycana yardımçı olarsa, dəstəyə görə minnətdar olarıq, sadəcə bu işə rusiyalı sülhməramlıların deyil, Rusiyada bu işdə təcrübəsi olan mütəxəsisislərin Azərbaycana göndərilməsi faydalı olardı.

Rusiyalı sülhməramlıların Azərbaycanda qalmalarının gərəkliyini dəstəkləyən yerli ekspertlər arasında belə bir fikir də var ki, onlar Qarabağı tərk etsələr, bölgədə Fransa, ABŞ və ya beynəlxalq təşkilatlardan birinin sülhməramlıları daxil ola bilərlər ki, bu Azərbaycanın maraqlarına ziddir.

Azərbaycanın razılığı olmadan heç bir ölkənin və təşkilatın silahlı qüvvələri Qarabağa daxil ola bilməz. Rusiya sühməramlılarının Qarabağı tərk etməsini istədiyimiz kimi, Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən ölkə və təşkilatların bölgəmizə daxil olmasını da istəmirik”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar