Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şotlandiyanın birinci naziri Həmzə Yusif istefaya hazırlaşır

Şotlandiyanın birinci naziri və Şotlandiya Milli Partiyasının (SNP) lideri Həmzə Yusif istefasını elan etməyi planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə The Times nəşri mənbələrə istinadən məlumat yayıb. Qəzetin yazdığına görə, ölkə hökuməti ona etimadsızlıq göstərə bilər.

Qəzetinin yazdığına görə, Yusif həftə sonu vəzifəsini tərk etmək qərarına gəlib və SNP-nin yüksək səviyyəli üzvləri bu barədə artıq məlumatlandırılıblar. Qəzetin mənbələri qeyd edib ki, birinci nazir parlamentin etimadsızlıq votumunu qəbul etməyə hazır olmadığı üçün şəxsi səbəblərdən vəzifəsini tərk etmək istəyir. SNP üzvü Con Svinni müvəqqəti olaraq onun yerini tuta bilər.

Qeyd edilir ki, SNP və Yaşıllar partiyası arasında kolasiya bölgüsü sazişinin imzalanması prosesinin dayandırılması qərarından sonra Həmzə Yusifin vəziyyəti daha da pisləşib. Yusif Şotlandiyanı azlıq höküməti kimi idarə etməyə hazır olduğunu açıqlasada, buna cavab olaraq bir neçə partiya Yusifə etimadsızlıq səsverməsi keçirməyi qərara alıb.

Xatırladaq ki, Həmzə Yusif 2023-cü ilin martında Şotlandiyanın birinci naziri vəzifəsini icra edib. Yusif Şotlandiyanın Cənubi Asiya kökləri olan ilk müsəlman lideri olub. Yusif Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxmağın tərəfdarı olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Ən çox oxunanalar