Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOS: Buzlaqlar sürətlə əriyir, su qıtlığı yaranacaq

Azərbaycanda buzlaqlar tam əriyərsə, içməli su qıtlığı yaranacaq

Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycan ərazisində buzlaqların öyrənilməsi ilk dəfə 1945-ci ildə həyata keçirilib:

“O zaman ölçü işləri aparılarkən onun sahəsinin 6,8 km2 olduğu təsdiqlənib. Bu ilin yay ayında aparılan tədqiqatlar zamanı buzlaqların sahəsinin 2.4 km2 olduğu məlum olub. Qafqazda təxminən bir ildə buzlaqların sahəsi 0,44 faiz azalır. Azərbaycanda buzlaqlar daha çox əriyərsə, bunun fəsadları ortaya çıxacaq.

Oxu: Azərbaycanda buzlaqlar sürətlə əriyir - HƏYƏCAN TƏBİLİ
Bu zaman çayların qidalanması çətin olacaq, su ehtiyatlarımız azalacaq. Buzlaqlar Böyük və Kiçik Qafqaz ərazisində yerləşən çaylar üçün qida mənbəyidir. Çay müəyyən müddətdən sonra quruduqda bu, içməli suya və kənd təsərrüfatına mənfi təsir edəcək”.

Məhərrəm Həsənov bildirib ki, buzlaqların azalması yalnız Azərbaycanda deyil, dünyada müşahidə edilir:

“Buzlaqların əriməsi böyük şəhərlərin su altında qalmasına səbəb ola bilər. Ölkə çayları başlanğıcını Türkiyə, Gürcüstandakı dağ massivlərindən götürür. Su qıtlığının yaranmaması üçün suya qənaət etmək lazımdır”.

Qeyd edək ki, Azərbaycan ərazisində dağ buzlaqları Bazardüzü, Tufandağ, Şahdağ, Yatıxdərə və Arazdərə dağlarının ərazisində yerləşir. Qusarçayın hövzəsinin buzlaqları haqqında ilk məlumatlar 1890-cı ilə təsadüf edir.

Alimin dediklərinə nəzərən hesablama aparsaq, 1945-2018-ci illər arasında - 73 ildə Azərbaycandakı buzlaqların orta hesabla üçdə iki hissəsinin əridiyi qənaətinə gələ bilərik.(oxu.az)

pia.az


Etiket: buzlaq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Ən çox oxunanalar