Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Son illər real sektorda kifayət qədər uğurlu nəticələr qazanılıb” - Sabiq maliyyə naziri

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri “Son 15 il ərzində yeni yaradılan müəssisələrdə 2 milyon iş yeri açılıb”

“Özünüməşğulluq proqramının icrası ölkədə işsizliyin aradan qaldırılması istiqamətində önəmli bir addım olacaq”.

Bu sözləri sabiq maliyyə naziri Fikrət Yusifov prezident İlham Əliyevin iştirakı ilə keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransdakı tozunulan məsələləri şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Prezident İlham Əliyev dünən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfrans keçirib. Prezident konfransda yekun çıxışı zamanı bildirib ki, dövlət qurumlarında aparılan struktur islahatları iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır.

“Dövlət qurumlarında aparılan struktur islahatları, - bütündövlət qurumlarına artıq bildirilib, - iş yerlərinin ixtisarınagətirib çıxarmamalıdır. Bu struktur islahatları, sadəcə olaraq,idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib. Əlbəttə, dövlətmüəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar. Özəl sektor da heç bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yerləri açmalıdır. Yenə də deyirəm, bu istiqamətdə proses müsbət gedir. Keçən il 118 min daimi iş yeriyaradılıb və təbii ki, bu, özəl sektorda yaradılmış iş yerləridir”,- deyə dövlət başçısı öz çıxışında qeyd edib.

Bununla yanaşı, dünən prezident İlham ƏliyevAzərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Bu fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinə hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görmək, İqtisadiyyat Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək və Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat vermək, Nazirlər Kabinetinə bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda prezidentin çıxışının tam mətni ilə BURADAN tanış ola bilərsiniz.

Statistik məlumatlara baxmayaraq, bəzi regionlarda həyat şəraiti əslində çox aşağıdır. Belə olan təqdirdə maraqlıdır ki, Regionların inkişafına dair Dövlət Proqramı regionların inkişafı üçün nə vəd edir? Bu fərmanla Bakının və regionların iqtisadi inkişafı arasında mütənasibliyi təmin etmək mümkündürmü və regionlardakı sosial-iqtisadi problemləri həll etmək üçün yetərli hesab etmək olarmı?

Ümumiyyətlə, struktur islahatlarının şişmiş dövlət aparatının yüngülləşməsi olduğunu nəzərə alsaq, islahatlar iş yerlərinin nə qədər ixtisarına səbəb olur və bu prosesi ağrısız keçirmək üçün hökumət hansı addımlar atmalıdır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifovun fikirlərini öyrənib.

Fikrət Yusifov: “Turizm sahəsində dövlətin reallaşdırdığı genişmiqyaslı proqramlar nəticəsində ölkəmiz həm də bölgənin ən maraqlı turizm mərkəzindən birinə çevrilməkdədir”.

Son 15 il ərzində yeni yaradılan müəssisələrdə 2 milyon iş yeri açıldığını və investisiyaların təşviqi mexanizminin tətbiqi nəticəsində əlavə 12 min yeni iş yeri açılacağının gözlənilən olduğunu qeyd edən sabiq maliyyə naziri Fikrət Yusifova görə, struktur islahatları iş yerlərinin bağlanmasına səbəb olmur:

“Son 15 ildə iqtisadiyyatın bütün sahələrində, xüsusilə onun real sektorunda kifayət qədər uğurlu nəticələr qazanılıb. Dövlətin qeyri-neft sahəsinə və onun aparıcı sahələri olan qeyri-neft sənayesinə və aqrar sektora diqqəti nəticəsində təkcə 2018-ci ildə qeyri-neft sənayesində 9,1% artım qeydə alınıb. Qeyri-neft sənayesində qeydə alınmış bu artım Sumqayıt Kimya Sənaye Parkı, Sumqayıt Texnologiya Parkı, Mingəçevir Yüngül Sənaye Parkı, Gəncə şəhərində sənaye müəssisələrinin, Neftçala, Hacıqabul, Masallı, Sabirabad sənaye məhəllələri kimi layihələrin uğurla reallaşdırılması nəticəsində mümkün olub.

Üç dövlət proqramının icra edildiyi dövrdə aqrar sektorda əldə olunan nəticələr də bu sahəyə dövlətin göstərdiyi birbaşa qayğının nəticəsində mümkün olub. Bu dövrdə taxıl istehsalı 1,6 dəfə, ət tədarükü və süd istehsalı 1,7 dəfə, quş əti istehsalı 2,5 dəfə, tərəvəz istehsalı 1,5 dəfə, meyvə istehsalı 2,4 dəfə, üzüm istehsalı 3,0 dəfə artıb.

Ötən il 2015-ci illə müqaisədə pambıq tədarükü 6,7 dəfə, tütün istehsalı 1,8 dəfə, barama tədarükü isə 2300 dəfədən çox artıb. Cari ildə barama tədarükünü 800 tona çatdırmaq nəzərdə tutulur ki, bu da 2015- ci ildə tədarük edilmiş baramanın həcmindən 3500 dəfəyə qədər çox olacaq.

Fikrət Yusifov: “Son 15 ildə iqtisadiyyatın bütün sahələrində, xüsusilə onun real sektorunda kifayət qədər uğurlu nəticələr qazanılıb”.

Bu gün Azərbaycan bölgədə tək tranzit yükdaşımalar mərkəzinə çevrilmir. Turizm sahəsində dövlətin reallaşdırdığı genişmiqyaslı proqramlar nəticəsində ölkəmiz həmdə bölgənin ən maraqlı turizm mərkəzindən birinə çevrilməkdədir. Keçən il Azərbaycana 2 milyon 850 min turist gəlib ki, bu da onların burada təqribən 2 milyard dollara yaxın pul xərcləməsi deməkdir. Bu qədər valyutanın turizm xətti ilə ölkənin maliyyə müstəvisinə gətirilməsi, iqtisadiyyatın şaxələndirilməsində bu sektorun potensial imkanlarının kifayət qədər böyük olmasından xəbər verir.

Bütövlükdə sadalanan rəqəmlər ölkənin real sektorunun inkişaf potensiallarının nə qədər geniş olduğunun əyani göstəricisidir. Bu yolla yaxın gələcəkdə biz iqtisadiyyatımızın istədiyimiz səviyyədə şaxələndirilməsinə nail ola biləcəyik. Bu məsələdə Prezidentin 2019-2023-cü illər üçün təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın rolu xüsusi olacaq.

İlkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Bu vəsaitin 4,6 milyard manatının özəl sektor tərəfindən, təxminən 13 milyard manata yaxın bir hissəsinin isə dövlət tərəfindən maliyyələşdiriləcəyi gözlənilir. Proqramın reallaşdırıldığı dövrdə hər iki mənbə hesabına yatırımların bundan daha çox ediləcəyi də realdır.

Fikrət Yusifov: “Bu illər ərzində hökumət ölkə iqtisadiyyatının real sektorunda ciddi dönüşü hədəfləyən qətiyyətli addımlarından biri də investisiyaların təşviqi mexanizminin tətbiqidir”.

Sosial sferada son olaraq atılan ən mütərəqqi addımlardan biri özünüməşğulluq proqramının icrası ilə bağlıdır. Bu, həm də ölkədə işsizliyin aradan qaldırılması istiqamətində önəmli bir addım olacaq. Cari ildə 7 min ailə bu proqramla əhatə olunacaq. Bu sahədə “ASAN xidmət”in bir qolu olan Ailə Biznesinə Asan Dəstək mərkəzlərinin rolu kifayət qədər böyük olacaq.

Son 15 il ərzində yeni yaradılan müəssisələrdə 2 milyon iş yeri açılıb. Bu illər ərzində hökumət ölkə iqtisadiyyatının real sektorunda ciddi dönüşü hədəfləyən qətiyyətli addımlarından biri də investisiyaların təşviqi mexanizminin tətbiqidir. Hər bir investor, hər bir iş adamı üçün kifayət qədər vergi və digər güzəştlər nəzərdə tutan bu mexanizm işə düşdükdən sonra 332 layihənin icrası nəzərdə tutulub və bu günə qədər 107 layihə artıq həyata keçirilib. Bu layihələrin reallaşdırılmasına 2,8 milyard manat sərmayə qoyulması nəzərdə tutulur ki, bu da əlavə 12 min yeni iş yeri açılması demək olacaq”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Ən çox oxunanalar