Almaniya kansleri Olaf Şolts Çinin Baş naziri Li Qianı Ukraynada müharibənin dayandırılmasına kömək etmək üçün Rusiyaya təzyiq etmək üçün növbəti çağırış edib...
Poılqon xəbər verir ki, bu barədə Politico nəşri məlumat yauıb. Qəzet yazır ki, bu çağırışa baxmayaraq, Li Çin və Almaniya arasında iqtisadi əlaqələrin dərinləşməsində daha çox maraqlı görünür.
Şolts Çinin Rusiyaya silah verməməsinin vacibliyini vurğulayıb və Pekinin Rusiyanın nüvə silahından istifadə təhdidlərinə qarşı durmağa davam etdiyinə görə minnətdarlığını bildirib.
Li isə mətbuat konfransında jurnalistlərə müraciət edərkən Rusiya və ya Ukraynanın adını çəkməyib, bunun əvəzinə süni intellekt istehsalı, elektrik avtomobilləri və texnologiya transferi sahələrində əməkdaşlığın genişləndirilməsinə diqqət çəkib.
AB-nin şirkətlərə Çində həssas texnologiya istehsalına qadağa qoymaq planlarına cavab olaraq, Li deqloballizasiya ilə bağlı xəbərdar edib və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirməyə, çoxtərəfli ticarət sistemini dəstəkləməyə, sənaye və təchizat zəncirində sabitliyi təmin etməyə çağırıb.
Poliqon.info