Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Slovakiyada seçkilər ərəfəsində Rusiyayönlü partiya rəy sorğularına liderlik edir

Avropa İtifaqı ölkəsində sentyabrın 30-da keçiriləcək parlament seçkilərindən əvvəl rəy sorğularına NATO blokunun genişlənməsinə və ultra-liberal dəyərlərə qarşı çıxan Rusiyayönlü Smer Sosial Demokrat Partiyası liderlik edir...

Poliqon xəbər verir ki, AKO sosioloji xidmətinin məlumatına əsasən, favorit 19,4% reytinqlə Smer Sosial Demokrat Partiyasıdır. Onun rəhbəri keçmiş baş nazir Robert Fikodur. O, Ukraynaya silah tədarükünə və onun Şimali Atlantika Alyansına daxil olmasına qarşıdır.

İkinci yerdə Kiyevə dəstəyə sadiq qalan hazırkı prezident Zuzana Çaputovanın Tərəqqiçi Slovakiya Partiyası qərarlaşıb. Seçicilərin 18,2%-i onun partiyasını dəstəkləyir.

Digər Avropayönümlü partiya “Qolos” hələlik 15,1% səs alır. Ona keçmiş baş nazir Peter Pelleqrini rəhbərlik edir. Peter Pelleqrini Robert Fikonun keçmiş müttəfiqidir.

Rusiya Dövlət Humanitar Universitetinin dosenti, Slovakiya üzrə mütəxəssis Vadim Truxaçev RİA Novosti-yə şərhində bildirib ki, Smer Sosial Demokrat Partiyası qalib gəlsə belə, yenə də parlamentdə çoxluğu əldə etməyəcək. Onun sözlərinə görə, “Qolos” bu partiya ilə əməkdaşlıq etməyəcək.

Avropa İttifaqının 2/3-nin Rusiya tərəfdarı olan hökumətə ehtiyacı yoxdur. “Qolos” liberallar və mühafizəkarlarla razılığa gələcək”, deyə Vadim Truxaçev bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Ən çox oxunanalar