Slovakiya prezidenti Çaputova parlamentin formalaşmasına qədər Kiyevə yardım edilməsini dayandırıb...
Slovakiya prezidenti Zuzana Çaputova parlament toplanana qədər Kiyevə yardımı dayandırmaq qərarına gəlib.
Poliqon xəbər verir ki, bu barədə “Dennik N” portalı Slovakiya liderinin nümayəndəsi Martin Strijinetsə istinadən məlumat yayıb.
Strijinetsin sözlərinə görə, Slovakiya prezidenti bununla keçmiş Baş nazir Robert Fikonun Ukrayna əleyhinə olan “Diqqət - Sosial Demokratiya” (Smer-SD) partiyasının qalib gəldiyi parlament seçkilərinin nəticələrinə hörmətlə yanaşıb. Keçmiş Baş nazir seçicilərə “Ukraynaya bir dənə də olsun mərmi verməməyə” söz verib.
Çaputovanın özü isə bildirib ki, seçkilərdə qalib gəlmiş bu partiyanın mövqeyinə məhəl qoymamaq gələcək üçün pis presedentdir.
Poliqon.info