Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sinqapurda 20 ildən sonra ilk dəfə qadın edam edildi - Səbəb nədir?..

Sinqapur hakimiyyəti son 20 ildə ilk dəfə bir qadına qarşı ölüm hökmünü icra edib...

Poliqon xəbər verir ki, narkotik alverində təqsirli bilinən 45 yaşlı qadına ölüm hökmü tətbiq edilib.

Sinqapur Mərkəzi Narkotik Bürosunun məlumatına görə, ölkə vətəndaşı Saridevi Binte Camani haqqında edam hökmü bu gün, iyulun 28-də icra olunub. Onlar izah ediblər ki, Binte Camani əfv və cəzanın ömürlük həbslə əvəzlənməsi üçün vəsatət qaldırıb, lakin ona rədd cavabı verilib. Büroda qadına tətbiq edilən ölüm cəzasının üsulu açıqlanmayıb.

Şöbədən aydınlıq gətirilib ki, qadın 2018-ci ildə 30 qram heroini daşıdığı üçün saxlanılıb. Təhlükəsizlik qüvvələri onun daşıdığı narkotiki satmağa hazırlaşdığını müəyyən edib. Sinqapurda Narkotiklərdən Sui-istifadə Aktı qeyri-qanuni dövriyyədə olan heroinin miqdarı 15 qramdan çox olarsa, ölüm cəzasını nəzərdə tutur.

“Sinqapurda ölüm cəzası yalnız narkotik maddələrin böyük miqdarda qanunsuz dövriyyəsi kimi ən ağır cinayətlərə görə tətbiq edilir və bu, təkcə ayrı-ayrı narkomanlara deyil, həm də onların ailələrinə və bütövlükdə cəmiyyətə çox ciddi zərər vurur. Ölüm cəzası Sinqapurun hərtərəfli zərərin qarşısının alınması strategiyasının bir hissəsidir, həm narkotik tələbinə, həm də təklifinə diqqət yetirir”, deyə Sinqapur hüquq-mühafizə orqanları əlavə edib.

Sonuncu dəfə 2004-cü ildə Sinqapurda qadın edam edilib. Həmin vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunan 36 yaşlı yerli sakin asılaraq öldürülüb.

Sinqapur narkotik ittihamları ilə bağlı dünyada ən sərt qanunlarından birinə sahibdir və bu, dünya ictimaiyyətinin qəzəbinə səbəb olub.
Hökumət iddia edir ki, ölüm hökmü cinayətə qarşı təsirli bir maneədir və təhlükəsizliyi təmin edir və o, həm də geniş ictimaiyyət tərəfindən dəstəklənir.

Sinqapurda hökumətin COVID-19 pandemiyası zamanı iki illik fasilədən sonra edamları bərpa etməsindən bəri ən azı 13 nəfər asılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar