Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Simonyanın evinin yaxınlığında PUA vuruldu - Foto

Naməlum PUA-ların Moskva vilayətinə hücumu zamanı Rusiyanın hava hücumundan müdafiə sistemi aparıcı təbliğatçı Marqarita Simonyanın evinin yaxınlığında pilotsuz təyyarəni vurmağa nail olub...

Poliqon xəbər verir ki, bu barədə Simonyan Telegram kanalında məlumat verib.

O, pilotsuz təyyarənin yaxınlıqdakı küçəyə "endiyini" göstərib və PUA-nın evini dağıtmadığına görə "təşəkkür edib".

"İstrina rayonunda vurulan pilotsuz təyyarə yaxınlıqdakı küçəyə düşüb. Biz hava hücumundan müdafiə qüvvələrimizə təşəkkür edirik ki, qurban və dağıntı olmayıb".

Xatırladaq ki, səhər saatlarında Moskva vilayətində növbəti dəfə partlayışlar eşidilib. Şahidlər bölgədə hava hücumundan müdafiənin fəaliyyət göstərdiyini, yerli "Telegram" kanalları isə Zveniqorod üzərində naməlum PUA-nın vurulduğunu bildiriblər.

"Shot" telegram kanalı həmçinin İstrina rayonu üzərində səmada bir pilotsuz təyyarənin vurulduğunu yazıb.

Daha sonra Rusiya Federasiyasının Müdafiə Nazirliyi PUA-ların Moskvaya hücum etməyə cəhd etdiklərini təsdiqləyib və "Ukraynanı xain hərəkətlərdə" ittiham edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Türkiyədə daha bir onlayn platformaya giriş bağlandı    

Ən çox oxunanalar