Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali Koreya son bir ayda beşinci dəfə qanadlı raket sınaqdan keçirib

Şimali Koreya bir ay ərzində beşinci dəfə yarımadanın şərq sahillərinə qanadlı raketlər buraxıb...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinin məlumatına görə, hərbçilər yerli vaxtla səhər saat 9 radələrində Şimali Koreyanın sahil şəhəri Vonsan şəhərinin şimal-şərqindəki sular yaxınlığında bir neçə naməlum qanadlı raket aşkarlayıb.

Qeyd olunur ki, Seul raketin buraxılışını təhlil etmək üçün ABŞ-la birlikdə işləyir.

“Hərbçilərimiz müşahidə və sayıqlığı artırarkən Birləşmiş Ştatlarla sıx əməkdaşlıq edir və Şimali Koreyadan əlavə işarələr və hərəkətləri yaxından izləyir”, deyə məlumatda bildirilib.

Qeyd edilir ki, yanvarın ortalarından bəri Pxenyan daha dörd belə qanadlı raket buraxılışı həyata keçirib. Bu sınaq buraxılışları içində sualtı qayığı təchiz etmək üçün nəzərdə tutulmuş yeni model ballistik raket də olub.

Bloomberg-in məlumatına görə, Şimali Koreya lideri Kim Çen In gücünü və lazım gələrsə, region ölkələrinə zərbə endirməyə hazır olduğunu nümayiş etdirmək üçün raket sınaqlarından istifadə edir.

Qeyd edək ki, bundan əvvəl Kim Çen In Cənubi Koreyanı məhv etməyə qanuni haqqı olduğunu bildirib. Onun sözlərinə görə, Pxenyan bunu edə bilər, çünki Seul onun əməkdaşlığı bərpa etmək cəhdlərini rədd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar