Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali Kipr Elm Universiteti Bakıda beynəlxalq təhsil sərgisində iştirak edib

Bakıda keçirilən Beynəlxalq Təhsil Sərgisində iştirak edən Şimali Kipr Elm Universiteti(Cyprus Science University/CSU) özünün yeni proqramı və təqdim etdiyi imkanlarla azərbaycanlı gəncləri universitetdə təhsil almağa dəvət edir


Bu barədə Editor.az-a danışan Şimali Kipr Elm Universitetinin(CSU)əməkdaşı Fərhad Oral bildirib ki, universitet qarşısına böyük məqsədlər qoyub: “CSU Şimali Kiprin turistik baxımdan ən hərəkətli və zəngin bir bölgəsi olan Girnədə yerləşir. Universitet şəhər mərkəzinə, xəstəxanalara və yaşayış sahələrinə yaxın məsafədədir. Bu mənada tələbələr burada tam rahat və təhlükəsiz şəraitdə təhsil ala bilərlər.

Universitetimiz güclü akademik heyətə, müasir maddi texniki bazaya, beynəlxalq səviyyəli akreditasiyalara, xarici dil və mübadilə proqramlarına, zəngin idman, sosial və mədəni ortama malikdir. Biz dünyanın dörd tərəfindən gələn tələbələrimizə təqaüd, ikinci, üçüncü xarici dil öyrənmək, beynəlxalq mübadilə proqramları ilə tələbələri başqa ölkələrdə təhsil almaq imkanı yaradırıq”.

F.Oral qeyd edib ki, Şimali Kipr Elm Universiteti Türkiyənin Ali Təhsil Qurumu(YÖK) və Şimali Kipr Ali Təhsil Qurumu(YÖDAK) tərəfindən akreditasiyası var və diplomları tanınır: “Bundan başqa Böyük Britaniya Krallığı Milli Tanıma Mərkəzi(UK NARIC) və London Ticarət və Sənaye Odası(LCCI) tərəfindən də akreditasiyasımız var. Hər ötən gün həm kampüsü, həm təhsil səviyyəsini yüksəldən CSU gələcəkdə diplomlarının tanınması coğrafiyasını daha da genişləndirəcəkdir”.

Universitet haqqında geniş məlumatları www.csu.edu.tr saytından almaq olar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar