Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şimal axını” kəmərlərini ABŞ Hərbi Dəniz Qüvvələri partladıb - Amerikalı jurnalist

Rusiyanın Baltik dənizinin altından keçən “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin altına partlayıcı qurğular keçən ilin iyununda ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıcları tərəfindən “Baltops” təlimləri zamanı yerləşdirilib...

Poliqon.info xarici mətbuata əsasən xəbər verir ki, bu barədə jurnalist araşdırmaları üzrə ixtisaslaşmış məşhur amerikalı publisist Seymur Herş çərşənbə günü dərc olunan məqaləsində yazır.

Herşin iddiasına görə, əməliyyatın keçirilməsi barədə qərarı ABŞ prezidenti administrasiyanın milli təhlükəsizlik məsələləri ilə məşğul olan nümayəndələri ilə 9 aylıq müzakirələrdən sonra şəxsən Co Bayden verib. Onların arasında xüsusilə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, dövlət katibi Entoni Blinken və ABŞ dövlət katibinin müavini Viktoriya Nuland da var.

Jurnalist iddia edir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndələri qaz kəmərlərini partlatmaq üçün sualtı qayıqdan istifadə etməyi təklif ediblər. Eyni zamanda ABŞ Hərbi Hava Qüvvələri təyyarədən uzaqdan qoruyucu ilə bomba atmaq imkanını nəzərdən keçirib.

“Müzakirələr zamanı əsas sual bu əməliyyatın prinsipcə həyata keçirilib-keçirilməməsi yox, sübut buraxmadan onu necə həyata keçirmək olub”, deyə Herş bu əməliyyatın planlaşdırılması barədə birbaşa məlumatı olan adı açıqlanmayan mənbəyə istinadən yazır.

“Baydenin boru kəmərlərini partlatmaq qərarı Vaşinqtonun milli təhlükəsizlik aparatında bu məqsədə çatmağın ən yaxşı yolu ilə bağlı doqquz aylıq çox məxfi danışıqlardan sonra gəldi. Bu zamanın çox hissəsi bu əməliyyatı həyata keçirib-keçirməmək deyil, cavabdehlərə işarə edə biləcək heç bir sübutun qalmadığından necə əmin olmaq idi”.

Herş həmçinin iddia edir ki, “Şimal axını” təxribatını Florida ştatının Panama Siti yaxınlığındakı Dalğıc və Xilasetmə Təlim Mərkəzində yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıcları hazırlayıb və həyata keçirib. Jurnalist qeyd edir ki, mərkəz söküntü üzrə peşəkar dalğıclar hazırlayır. Onlar başqa işlərlə yanaşı, dənizdə xarici neft quyularının məhv edilməsi və partladılması ixtisaslaşırlar.

Jurnalist qeyd edir ki, “Şimal axını”nın partladılmasına hazırlıq 2022-ci ilin yayında “Baltops 22” təlimləri zamanı həyata keçirilib və bu təlimlər zamanı amerikalı dalğıclar su altında quraşdırılmış yüklərin uzaqdan partladılması üzrə əvvəlcədə məşq ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i məğlub edib

Ramzan Kadırov İlon Maskı Çeçenistana dəvət edib

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

İlham Əliyev Azərbaycanın Türkiyəyə istənilən əlavə dəstəyi göstərməyə hazır olduğunu bildirib

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Ən çox oxunanalar