Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səudiyyənin vəlihəd şahzadəsi ABŞ-a qarşı - Və Salmanın “qara qutusu” Rima...

Əgər şahzadə Amerika əleyhinə addımlar atmasaydı, şahzadə Rimanın Vaşinqtonda səfir olmasına ehtiyac olmayacaqdı

Ərgün Dilər
“Takvim” qəzeti, Türkiyə, 26 fevral 2019-cu il

Böyük güclərin 100 illik masanın qurulması üçün “qol güləşi” get-gedə qızışır. Keçən həftə yazmışdım. Səudiyyənin vəlihəd şahzadəsi Məhəmməd ibn Salmanın Çinə getməsi, orada yaxşı qarşılanması və Pekinə “Alın, sizə istədiyiniz qədər neft. Kiminlə nə istehsal etmək istəyirsinizsə, edin. Bizi də unutmayın. Sadəcə neftlə yaşamaq istəmirik. İstəsəniz, ABŞ-a da qarşı gəlin. Yanınızdayıq” deyib...

Yəni Səudiyyənin vəlihəd şahzadəsinin belə sözlər deməsi, hətta bu qədər açıq danışması yeni bir siqnal, yeni bir həmlə və toqquşma deməkdir...

Bəzi bölgələr 500 ildir ki, əhəmiyyət daşıyır. Bu bölgələrdəki ölkələr də təbii olaraq 500 ildir önəmlidir və elə də qalacaq! Çünki olduğu bölgə bu gün də, sabah da, 100 il sonra da geostrateji baxımdan həmişə önəmli olacaq. Türkiyə belə bir coğrafiyaya sahibdir! Çünki Aralıq dənizi də, Qara dəniz də Yeni Dünya üçün önəmlidir. Bunu birdəfəlik başa düşməliyik. Çünki bu coğrafiya bizim silahımızdır!

Səudiyyə Ərəbistanı da, təbii ki, önəmli bir ölkədir. Ancaq Səudiyyə Ərəbistanı geostrateji səbəbdən deyil, geo gələcək baxımından da çox vacibdir. Yeni Dünya Sistemini Pekində qurmaq istəyən Çinin həyati vəsaiti Səudiyyə Ərəbistanından və İrandan gəlir.

Yəni ki, neft! Bu səbəblə, ABŞ Ərəbistanda həmişə mövcud olmağa məcburdur. Təkcə Türkiyə və Səudiyyə Ərəbistanı da deyil. Bu gün Venesuelanın hədəfdə olmasının altında yatan səbəb də Çinlə yaxınlaşmasıdır.

Səudiyyənin Çinlə yaxınlaşmasını müzakirə edərkən maraqlı bir həmlə çıxdı ortaya!

Şahzadə Rima bint Bəndər Əl Səud Vaşinqtonda səfir vəzifəsinə təyin edilib. İlk qadın səfir olan şahzadə Rima atası Bəndər ibn Sultan ibn Əbdüləzizdən 14 il sonra eyni vəzifəyə gətirilib. Bəndər ibn Sultan ibn Əbdüləziz 1983-2005 illər arasında Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri kimi işləmişdi.

1975-ci ildə Riyadda dünyaya gələn Rima ABŞ-da Corc Vaşinqton Universitetinin Muzey Araşdırmaları fakültəsindən məzun olub.

Şahzadə Rimanın Vaşinqtonda səfir olması ABŞ Dərin Dövlətinin önəmli bir həmləsidir... İlk qadın səfir olması və ya Ərəbistanın Vaşinqtondakı səfiri olmuş şahzadə Bəndər ibn Sultanın qızı olması da o qədər vacib deyil.

Yəni ki, ABŞ Dərin Dövlətinə maraqlı olan əsas məsələ bu deyil.

ABŞ Dərin Dövləti Şahzadə Rima üçün bir çox həmlələr edib. İstədiklərini aldılar. Çünki Rima vəliəhd şahzadə Salmanın qara qutusudur! Atdığı hər addımı bilən, hətta onun gizli kölgəsi olan şahzadə Rima şahzadə Salmanın ABŞ-dan başqa bir tərəfə hərəkət etməsini məhdudlaşdıracaq.

Əgər şahzadə Amerika əleyhinə addımlar atmasaydı, şahzadə Rimanın Vaşinqtonda səfir olmasına ehtiyac olmayacaqdı. Qaşıqçı cinayətindən sonra ikinci həmlə bu oldu. Bu şahmata daha yaxından baxaq...

Əlbəttə ki, şahzadə Rima da atası kimi Amerika konstitusiyasına and içib. Bu məlumat gizli olsa da, əslində hamının bildiyi bir sirrdir. Şahzadə Rima Amerika bayrağındakı 50 ulduz üçün yaşayır.

Şahzadə Salman üçün həqiqi mənada çətin günlər başlayır. Şahzadə Salmanın ətrafında olan və vəzifələrini yerinə yetirən 9 nəfərlik xüsusi komandanın seçilməsi tamamilə şahzadə Rimaya aiddir. Mediada günlərlə müzakirə edilən şahzadələrin tutulması xəbərinin də ardında şahzadə Rima vardı.

Şahzadə Rima atasına görə Səudiyyə Ərəbistan Kəşfiyyat Xidmətinin əsl rəhbəridir.

Türkiyədə qətlə yetirilən Camal Qaşıqçı həqiqətini ən yaxşı bilənlərdən biri şahzadə Salmandırsa, biri də şahzadə Rimadır - Corc Vaşinqton Universiteti məzunu şahzadə Rima.

Gecə-gündüz Amerika bayrağı ilə

İngiltərə ilə və digər önəmli ailələrlə yaxınlaşan şahzadə Salmana qarşı atılan bu addım kral Salmanı belə narahat edib.

ABŞ-da qalması gözlənilən Xalid ibn Salman atasının əmri ilə Müdafiə Nazirinin müavininin yanına gətirilib. Çünki ABŞ onun sonunu gətirə bilər.

Deyilənlərə görə, Riyadda böyük təşvişə düşən kral Salman heç kimlə görüşmək istəməyib.

Şahzadə Rimanın ARAMCO rəhbərliyində bir xaos yaradacağından qorxurlar. ARAMCO-da baş verəcək bu üsyanla bərabər şahzadə Salmanın bu şirkətdəki gücünün azalacağı güman edilir.

Hədəf onsuz da ARAMCO-dur! Kral Salman burada ABŞ-la bir problem yaşamadan rəhbərlik edirdi. Lakin oğlunun təcrübəsizliklə atdığı addımların ailə içində də problemlər yaratdığını görə bilir.

Ərəbistanda saray içində çox ciddi şəkildə gərginlik var. Səudiyyə ailəsi dünyanın ən qarışıq ailəsidir.

Davamlı olaraq daxilində çəkişmələr baş verən bu ailənin təməlində ABŞ-İngiltərə müharibəsi durur.

Şahzadə Salman Səudiyyə ordusunu idarə edən Pentaqon əvəzinə, fransız ordusunu gətirmək istəyir. Rotşild ailəsinin basqısı ilə... Bu xəyalın gerçək olması elə də mümkün görünmür. Çünki çox gizli şəkildə aparılan bu iş şahzadə Rima sayəsində ortaya çıxarılıb və Pentaqona çatdırılıb.

Bu, Fransanın Avropa Birliyində güclü addımlar atması və Avropa ordusunu aktiv hala gətirməsi baxımından önəmli idi. Lakin “Sarı Jiletlilər”i ortaya çıxaran əsas səbəblərdən biri də Səudiyyə ordusunu fransızlara əmanət etmək fikri idi.

Pentaqonun buna icazə verilməyəcəyi açıq-aydın görünür. Üstəlik, Parisi oda ataraq!

Yeni dünyanın böyük xaosa səbəb olacağı artıq hər kəsə məlumdur. Atılan addımlar, verilən qərarlar, mənfi və ya müsbət mənada ciddi nəticələr doğuracaq. Əgər şahzadə Salman ABŞ-dan uzaqlaşmağını sürətləndirsə, Camal Qaşıqçı hadisəsinin səbəbkarı olaraq edam tələbi ilə üz-üzə qalacaq.

ABŞ Dərin Dövlətinin planı budur! Bundan heç kimin şübhəsi də yoxdur. Bunu kral Salman da, oğlu şahzadə Salman da bilir.

Lakin Salman yolundan dönməyəcək. Hazırda ritm budur! Münaqişələr çoxalacaq, başlar hələ çox ağrıyacaq. Bir çox insan təhlükədədir, onsuz da...

Bu vəziyyətdə Türkiyə hər şeyə, hər kəsə rəğmən bildiyi yolda davam edir. Bundan narahat olanlar da çoxdur. Ölkə daxilində də belə bir durum var, təbii ki...

Qəribə deyilmi? Ankaranın milli maraqlarımız üçün bir addım atması nəyə görə özümüzdən olanlara bu qədər pis təsir edir? Heç anlamaq olmur! Siz bir şey başa düşürsünüzmü? Lakin burası dəqiqdir ki, kim nəyi, necə başa düşsə də, Türkiyə dayanmayacaq.

Görəcəksiniz!

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar