Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Serbiyalı nazir anti-Rusiya sanksiyalarına qoşulmağa çağırıb

Bazar ertəsi, martın 13-də Serbiyanın iqtisadiyyat naziri Rade Başta Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə səsləyib…

Poliqon.info xarici mətbuata əsasən xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb. Həmçinin Rade Başta hökumətinin bütün nazirlərini anti-Rusiya sanksiyalarına qoşulmağın zəruriliyi barədə müzakirələrə dəvət edib.

Serbiyanın İqtisadiyyat naziri sosial şəbəkədəki səhifəsində belə yazıb: “Ölkəmiz Rusiyaya qarşı sanksiyalar tətbiq etmədiyi üçün onsuz da böyük əvəzlər ödəyir və bu, artıq dözülməz hala çevrilir. İqtisadiyyat naziri kimi mən Serbiya prezidenti Aleksandar Vuçiçə edilən təzyiqləri qəbul edə bilmirəm. Buna görə də biz susmamalıyıq”.

Başta qeyd edib ki, məhz bu təzyiqlər üzündən Rusiyaya qarşı sanksiyaların tətbiqinin tərəfdarıdır:

“Bu səbəbdən mən Rusiyaya qarşı sanksiyaların tətbiqinin tərəfdarıyam. Dövlət və milli maraqların qorunmasında prezident Vuçiçi dəstəkləyirəm və ona tam etibar edirəm. Bununla əlaqədar mən Serbiya hökumətindən və bütün nazirlərdən bu məsələ ilə bağlı səsini çıxarmalarını xahiş edirəm”, deyə Başta vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Ən çox oxunanalar