Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Separatçılar Bakının təklifini qəbul etməyiblər...

Xankəndindəki separatçı rejim Prezident Administasiyasının Qarabağdakı erməni əhalisi ilə növbəti görüşün Bakıda keçirilməsi təklifinə ermənilərin adından “yox” deyib...

Separatçılar görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsi və humanitar, infrastruktur, texniki məsələləri müzakirə etmək istədiklərini bildirib.

"Publika.az"-ın məlumatına görə, iddia ediblər ki, Qarabağdakı erməni əhalisinin “hüquq və təhlükəsizliyi beynəlxalq təminatlar olduğu halda mümkün ola bilər”.

Növbəti görüşün Bakıda keçirilməsini təklif edən Prezident Administrasiyası iki məsələnin müzakirə ediləcəyini açıqlamışdı: reinteqrasiya və ermənilərin yaşadığı ərazilərdə infrastruktur layihələri.

Hazırda erməni əhalisi üzərində hələ də nəzarət imkanı olan separatçıların bundan imtina edəcəyi gözlənilən idi. Çünki görüş üçün Bakıya gəlmək reinteqrasiyanı qəbul etmək deməkdir. Lakin bundan imtina etmək də separatçı rejimi çətin vəziyyətə salır. 

Əslində rəsmi Bakı bu təkliflə siyasi gediş etdi. Təklifi qəbul etmək Bakının şərtlərini qəbul etmək olduğu kimi, imtina etmək də Bakıya imkan verir ki, “təmasların” indi qurulmasını istəyən Qərbə “prosesin qarşısını alan və erməni əhalisi ilə təmaslara imkan verməyənlərin” separatçılar olduğunu göstərsin, onlara qarşı mümkün praktiki addımlarını “erməni əhalisinin hüquqlarının qorunması” adı ilə də legitimləşdirsin.

Təklifdən imtina edilməsini Xankəndi ətrafında halqanın daralması kimi də qəbul etmək olar. Azərbaycan həm təmasların bərpa edilməsi, həm də “erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması” məqsədilə Qarabağda anti-terror əməliyyatına başlaya bilər.

“Hraparak” nəşrinin yazdıqları bu kontekstdə diqqət çəkir. Nəşr yazır ki, Qarabağ ətrafında dairə sıxlaşır.

“Əldə etdiyimiz məlumata görə, Azərbaycan Ordusu Şuşada və Ağdərədə hazır vəziyyətdədir. Xankəndi hər tərəfdən mühasirəyə alınır”, - nəşr iddia edir.

Poliqon.info
 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay