Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Senator: FTB Bayden ailəsinin cinayətləri ilə bağlı 40-dan çox məlumat alıb

FTB ABŞ prezidenti Co Bayden, onun oğlu Hunter və qardaşı Ceymsin mümkün cinayətləri barədə 40 məxfi məlumat alıb...

Poliqon FoxNews telekanalına istinadən xəbər verir ki, bunu respublikaçı senator Çak Qrassli deyib.

Qrasslinin sözlərinə görə, daxil olan məlumata baxmayaraq, FTB tam araşdırma aparmaqdan imtina edir.

FoxNews qeyd edib ki, əsas iddialardan biri Bayden ailəsinin Ukraynanın enerji şirkəti "Burisma" ətrafında korrupsiya sxemində iştirak etməsidir. Hanter Bayden şirkətin direktorlar şurasında yer alıb.

Çak Qrasslinin sözlərinə görə, FTB-nin Vaşinqtondakı işçi qrupu məlumat verənlərdən gələn informasiyaları bloklamağa çalışıb və bunu "xarici dezinformasiya" adlandırıb. Bununla bağlı FoxNews qeyd edir ki, bir neçə ildir qəbul edilən mesajlara məhəl qoyulmur.

İyun ayında FoxNews FTB-dəki mənbəyə istinadən xəbər vermişdi ki, məlumatlara görə, Co Bayden ABŞ-ın keçmiş prezidenti Barak Obamanın vitse-prezidenti olduğu dövründə 5 milyon dollarlıq rüşvət sxemində iştirak edə bilərdi. Bu arada, Hunter Bayden qanunsuz silah saxlama və vergidən yayınma ittihamları ilə araşdırılır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Ən çox oxunanalar