Cümə axşamı, 11 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Senatda yeganə qaradərili qadın Lafonza Butler olacaq

ABŞ Senatında yeganə qara dərili qadın Kaliforniya ştatını təmsil edcək...

Kaliforniya qubernatoru Qavin Nevsom keçən həftə vəfat edən demokrat senator Dianne Feynsteinin boş qalan kreslosunu siyasətçi, siyasi strateq və ABŞ vitse-prezidenti Kamala Harrisin keçmiş müşaviri Lafonza Butler tərəfindən doldurulacağını açıqlayıb.

Poliqon xəbər verir ki, xanım Butler Dianne Faynsteinin səlahiyyət müddətinin qalan hissəsində Kaliforniyanı ABŞ Senatında təmsil edəcək və Senatda yeganə qaradərili qadın olacaq.

Qeyd edək ki, ən yaşlı demokrat senator olan 90 yaşlı Dianne Feynstein uzun sürən xəstəlikdən sonra ötən cümə axşamı vəfat edib. Kaliforniya qubernatoru Qavin Nevsom xanım Faynstein ABŞ Senatına qaradərili qadın siyasətçiləri təyin etmək niyyətindən danışıb və indi o, verdiyi vədi yerinə yetirib.

44 yaşlı Lafonza Butler təşkilatçılıq qabiliyyətini erkən - tələbəlik illərindən müxtəlif peşələrin nümayəndələri üçün həmkarlar ittifaqları yaradaraq göstərib. Onun rəhbərliyi altında Baltimor və Milvaukidə tibb bacıları ittifaqları yaradılıb, Filadelfiyada təmizlik işçilərinin, Konnektikutda xəstəxana işçilərinin, Kaliforniyada sosial işçilərin və tibb bacılarının maraqlarını birləşdirib və müdafiə edilib. O, həmçinin bir neçə il ABŞ və Kanadada 2 milyona yaxın xidmət sektoru işçisini təmsil edən güclü SEIU birliyinə rəhbərlik edib. Lafonza Butler bir neçə il Kaliforniya Universitetinin Qəyyumlar Şurasında da çalışıb. O, Hillari Klintonun 2016-cı il kampaniyasında fəal iştirakçı olub və növbəti seçkilərdə Kamala Harrisin baş məsləhətçisi kimi fəaliyyət göstərib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özəl xəstəxana 32 yaşlı qadının ölümünü əvvəl təkzib, sonra təsdiq etdi - Detallar

İran Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv ola bilər?

Kişilərin diqqətinə: Qadını dəli etmək üçün bu 6 vacib ifadəni deyin!

DİN rəsmisi səsvermədən sonra sərbəst toplaşma ilə bağlı xəbərdarlıq etdi

Əmək pensiyalarının təyin edilməsi və hesablanması qaydasında dəyişiklik edilib

Bayramov-Mirzoyan-Blinken görüşü... - Sülh yolunda irəliləyiş gözlənilir?

Bakıda kişi nişanını iki dəfə pozan sevgilisini döydü

Natiq Miri: Rusiyanın potensial təhlükəsi NATO-nu həqiqətən də, silkələdi...

Ərəstun Oruclu: Orban bunu Putinin tapşırığı ilə edirdi...

Maşının yanmağını istəmirsinizsə... – Bu əşyanı içəridə saxlamayın

Ən çox oxunanalar