Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəmkirdə qanunsuz olaraq odlu silah saxlayan şəxslər saxlanılıblar - FOTOFoto

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir...

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumata görə, şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, Şəmkir rayon Şiştəpə kənd sakini, əvvəllər məhkum olunmuş Əlizadə Hacıyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman bir ədəd atəşə yararlı “Makarov” konstruksiyalı tapança, həmin silaha aid yeddi ədəd atəşə yararlı 9 mm-lik patron və bir ədəd sandıqca aşkar edilərək götürülüb.

Bundan başqa, polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayonun Zəyəm Cırdaxan kənd sakini Ş.Məmmədovanın yaşadığı evdən də bir ədəd atəşə yararlı revolver tipli tapança və yeddi ədəd patron aşkar edilərək götürülüb. Dindirilmə zamanı Ş.Məmmədova odlu silahın vəfat etmiş həyat yoldaşına aid olduğunu bildirib.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Poliqon.info


Etiket: qanunsiz silah


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Ən çox oxunanalar