Zərərçəkən naməlum şəxs tərəfindən bıçaqlanıb
Bakının Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun bağında bıçaqlanma olub.
“Report” xəbər verir ki, 1974-cü il təvəllüdlü Xəlilov Emin Bahadır oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Çoxsaylı bıçaq xəsarətləri alan yaralı paytaxtdakı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. O, əməliyyat olunub.
pia.az