Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şekspir vaxtından qalan üzük tapıldı - Foto

Şekspirin ailəsinə aid olduğu ehtimal edilən qədim qızıl üzük tapılıb

Xəzinə axtarışıyla maraqlanan britaniyalı təqaüdçü, 66 yaşlı Syu Kilvert Uilyam Şekspirin ailəsinə aid olduğu ehtimal edilən qədim qızıl üzük tapıb.

Bu barədə Daily Mail nəşri yazır.

Qadın Uorikşir qraflığında, Şekspir-Holl malikanəsinin ətrafını metal axtaran qurğuyla gəzərkən qurğu qəfil işə düşərək siqnal verməyə başlayıb. Syu yeri qazmağa başlayıb və 20 santimetr dərinlikdə kiçik bir üzük tapıb.

Bu ərazi vaxtilə Şekspirin qohumlarına aid olub. Yerli əfsanəyə inansaq, məhz burada dramaturq özünün "Bu sizin xoşunuza gələr?" komediyasını qələmə alıb.

Qadın ilk öncə tapıntının müasir uşaq üzüyü olduğunu düşünüb, lakin üzərindəki yazı və naxışlar üzüyün daha əhəmiyyətli olduğunu bildirib.

Qızıldan olan üzüyün iç tərəfində "Truth Betrayes Not" ("Həqiqət xəyanət etmir") yazısı var. Belə üzüklər XV-XVII əsrlərdə İngiltərə və Fransada məşhur romantik hədiyyə hesab olunub. O zamanlar zinət əşyaları, üzərinə sevgi hekayələrindən qısa sitatlar yazmaqla bəzədilib.

Kilvert xəzinə haqqında müstəntiqə məlumat verib və Birminhem muzeyinə xəbərdarlıq edib. Tapıntını araşdıraraq hökm çıxarmaq üçün mütəxəssislərə bir neçə ay vaxt lazım olacaq.

"Üzüyü özümə saxlamağı çox istərdim. Belə tapıntılar həyatda bir dəfə olur", - deyə qadın hisslərini bölüşüb.

pia.az




Etiket: Uilyam Şekspir

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

Ən çox oxunanalar