Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid Orxan Novruzəlizadə dəfn olunub - Video, Yenilənib

Şəhid Orxan Novruzəlizadə bu gün saat 11:00-da Ağstafa Şəhidlər xiyabanında torpağa tapşırılacaq...

Ermənistan silahlı qüvvələri bölmələrinin şərti dövlət sərhədində törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisi Orxan Novruzəlizadə dəfn olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, onun cənazəsi bu dəqiqələrdə Vurğun qəsəbəsində yerləşən qəbiristanlıqda anasının məzarı yanında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhidin anası ötən il rayon ərazisində dəmir yolu xəttini qarşı tərəfə keçmək istəyən zaman qatarın vurması nəticəsində dünyasını dəyişib.

***

Ermənistan silahlı qüvvələri bölmələrinin şərti dövlət sərhədində törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisi Orxan Novruzəlizadə ilə vida mərasimi başa çatıb.

"Report"un Qərb bürosunun məlumatına görə, onun cənazəsi dəfn olunması üçün Vurğun qəsəbəsində yerləşən qəbiristanlığa aparılır.

***

Ermənistan silahlı qüvvələri bölmələrinin şərti dövlət sərhədində törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisi Orxan Novruzəlizadənin nəşi ailəsinə təhvil verilib.

"Report"un Qərb bürosunun məlumatına görə, hazırda Ağstafa rayonunun Vurğun qəsəbəsində şəhidin ailəsinin yaşadığı evdə vida mərasimi keçirilir.

Mərasimdə rayonun rəsmi şəxsləri, hərbçilər, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimi başa çatdıqdan sonra O.Novruzəlizadə Vurğun qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunacaq.

Qeyd edək ki, mayın 11-də Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1998-ci il təvəllüdlü Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.

Xatırladaq ki, O.Novruzəlizadə iki ilə yaxındır ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirmiş. O, subay olub, bir qardaşı və iki bacısı var.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Ermənistan 24 mövqedən geri çəkilir - Mikaelyan

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Ən çox oxunanalar