Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid ailələrinə və müharibə əlillərinə daha 30 mənzil təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 30 mənzil təqdim edilib...

Nazirlikdən PİA.az-a verilən xəbərə görə, Mənzil İnşaatı Dövlət Agentliyinin Gəncə yaşayış kompleksində yerləşən tam təmirli mənzillərdə ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb.

Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev iştirak ediblər.

Tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin geniş miqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduğu vurğulanıb.

Bu tədbirlər çərçivəsində artıq 119 min şəxsə sosial dəstək yönümlü 249 min xidmət göstərildiyi bildirilib.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4100-ə yaxın, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev verilib.

2022-ci il üzrə də 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1100-ə yaxını təqdim edilib.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirləri çərçivəsində onlara postmüharibə dövründə 300-dən çox, ümumilikdə ötən dövrdə 7500-dən artıq avtomobil verilib.

Yeni mənzillə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər dövlət qayğısı ilə əhatə olunduqlarına, bu gün isə mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Neftçalada üzərində güllə izi olan kəllə skeleti tapıldı - Foto

Slovakiyanın prezidenti güllələnən baş nazirin son durumunu açıqlandı - Yenilənib

Ən çox oxunanalar