Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfirlik Dağıstanda tutulmuş 10 Azərbaycan vətəndaşı ilə bağlı məlumat yayıb

Azərbaycanın Rusiyadakı səfirliyi 15 iyun 2020-ci il tarixində Rusiya-Azərbaycan sərhədində baş vermiş qarşıdurma zamanı tutulan Azərbaycan vətəndaşları ilə bağlı məlumat yayıb.

Səfirlikdən APA-nın Moskva müxbirinə verilən məlumata görə, bu müddət ərzində yuxarıda qeyd olunan məsələ diqqətdə saxlanılıb, səfirliyin əməkdaşları tutulan şəxslərlə, eyni zamanda, Rusiyanın müvafiq dövlət orqanlarının nümayəndələri ilə görüşlər keçirib, səfirliyin səlahiyyətləri çərçivəsində Azərbaycan vətəndaşlarına hərtərəfli yardım göstərilib.

Bildirilib ki, Ceyhun Namazov, Elbrus Əhmədov, Nahid Ağayev, Əziz Fərəczadə, Elmar Mehtiyev, Tural Qiyasov və Elmar Musayev barəsində başladılan cinayət işinə xitam verilib və onlar sərbəst buraxılıb.

Ənvər Muradov Dərbənd rayon məhkəməsinin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Digər iki Azərbaycan vətəndaşı - Rövşən Hüseynov və Emin İmaməliyevə gəldikdə isə onlar Rusiya Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə ittiham olunurlar. Onların cinayət işi baxılması üçün Dağıstan Respublikasının Məhərrəmkənd rayon məhkəməsinə göndəriləcək. Hazırda həmin şəxslər ev dustaqlığındadırlar.

Azərbaycanın Rusiyadakı səfirliyi bu məsələni diqqətdə saxlamağa davam edəcək.

Qeyd edək ki, 15 iyun 2020-ci il tarixində Rusiya-Azərbaycan sərhədində (Dağlstanda) baş vermiş qarşıdurma zamanı 10 Azərbaycan vətəndaşı Rusiya Federasiyasının hüquq-mühafizə orqanları tərəfindən tutulub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib - Foto

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i məğlub edib

Ramzan Kadırov İlon Maskı Çeçenistana dəvət edib

Leço necə hazırlanır? – Bolqar bibəri üçün ən yaxşı resept

Ən çox oxunanalar