Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəfəq Ağacan bu gün məhkəmə qarşısına çıxarılacaq

O,narkotik vasitə satmaqda ittiham olunur

Ötən gün Bakının Nərimanov rayonunda narkotik vasitə satmaq istəyərkən polis tərəfindən saxlanılan Şəfəq Ağacan (Ağabalayeva) bu gün məhkəmə qarşısına çıxarılacaq.

Bununla bağlı bir qədər əvvəl Şəfəq Ağacanın şəxsi “Facebook” səhifəsində məlumat yerləşdirilib. Məlumata görə, məhkəmə iclası Xətai rayon Məhkəməsində keçiriləcək.

Qeyd edək ki, Şəfəq Ağacanın adından paylaşılan yazının şərh bölümündə “Facebook” istifadəçilərindən biri onun Toma İsmayılova adlı qadın tərəfindən böhtana məruz qaldığını iddia edib. İstifadəçinin bildirdiyinə görə, T.İsmayılova özünü keçmiş ANS televiziyasının əməkdaşı kimi təqdim edərək, Ş.Ağacanın təsisçisi olduğu “Bakupress” xəbər saytında işləməyə başlayıb.

Xatırladaq ki, jurnalistin saxlanılması barədə xəbər ilk olaraq ONA xəbər agentliyində yayımlanıb. Xəbərdə qeyd olunub ki, paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.

Araşdırmalar zamanı saxlanılan qadının “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib.(ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

Prezident İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Bakıda şok hadisə: Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı - Yenilənib, Foto

Ən çox oxunanalar