Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şavkat Mirziyoyev and içərək Özbəkistan Prezidenti vəzifəsinin icrasına başlayıb - Yenilənib

Şavkat Mirziyoyev and içərək Özbəkistan Prezidenti vəzifəsinin icrasına başlayıb....

Bu barədə “Report” yerli KİV-ə istinadən xəbər verir.

Ş.Mirziyoyev Özbəkistan Prezidenti kimi Ali Məclisin Qanunvericilik Palatası və Senatının birgə iclasında səlahiyyətlərinin icrasına başlayıb.

“Özbəkistan xalqına sədaqətlə xidmət edəcəyimə, respublikanın Konstitusiyasına və qanunlarına ciddi əməl edəcəyimə, vətəndaşların hüquq və azadlıqlarına təminat verəcəyimə, Özbəkistan Respublikasının Prezidentinə həvalə edilmiş vəzifələri vicdanla yerinə yetirəcəyimə təntənəli surətdə and içirəm”, - o, andiçmə mərasimində bildirib.

***

“Report” xəbər verir ki, bu barədə “Sputnik-Özbəkistan” məlumat yayıb.

Andiçmə mərasimi Ali Məclisin Qanunvericilik Palatası və Senatının birgə iclası çərçivəsində keçirilir.

Hazırkı dövlət başçısı ilə yanaşı, Özbəkistan Xalq Demokratik Partiyasından İnoyatov Uluqbek İlyasoviç, “Adolat” Sosial Demokrat Partiyasından Mahmudova Robaxon Anvarovna, Özbəkistan Ekologiya Partiyasından Abduşükür Həmzəyev namizəd olublar. Respublikada mövcud olan digər partiya – “Milli Dirçəliş” hazırkı prezidentin namizədliyini dəstəkləyib.

MSK-in yekun məlumatlarına görə, Mirziyoyev Özbəkistan tarixində ilk dəfə keçirilən növbədənkənar seçkilərdə 87,05 % səslə qalib gəlib. Seçkilərdə iştirak 80 faizə yaxın olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Ən çox oxunanalar