Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Savaşın 66-cı günü: Rus ordusuna ağır zərbələr vurulub - Video

Ukraya ordusu Xarkov vilayətinin Yuxarı Roqanka, Rus Lozovası, Sloboda və Prilesnoe yaşayış məntəqələrinə nəzarəti bərpa edib.

Bu barədə Ukrayna Ordusunun Baş qərargahı məlumat yayıb.

“Silahlı qüvvələrin əks hücumu nəticəsində Xarkov vilayətinin Yuxarı Roqanka, Rus Lozovası, Sloboda və Prilesnoe yaşayış məntəqələrinə nəzarət bərpa olunub” – məlumatda bildirilir.

Qeyd olunur ki, Rusiya hərbçiləri Slobojanski istiqamətində Xarkov şəhərinə aviazərbələr və artilleriya zərbələri endirməkdə davam edir. Bundan əlavə, qarşı tərəf İzyum-Barvenkovo və İzyum-Slavyansk istiqamətlərində hücuma cəhd edir.

Rusiya hərbçiləri, həmçinin Velka Kamışevaxa, İvanovka, Krasnı, Kurulka, Dovgenka, Novaya Dmitriyevka və Barvenkovo yaşayış məntəqələrində pilotsuz uçuş aparatlarından istifadə etməklə Ukrayna Silahlı Qüvvələrinin mövqelərinin havadan kəşfiyyatını həyata keçirir.

Bundan əvvəl Müdafiə Nazirliyi məlumat verib ki, Rusiya qoşunları Ukraynanın şərqində bütün istiqamətlərdə eyni vaxtda hücumun intensivliyini artırır, onların ən böyük fəallığı Slobojanski və Donetskdədir. Nazirliyə görə, eyni zamanda, Rusiya ərazisində tam səfərbərlik ehtimalı da istisna edilmir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından isə bildirilib ki, Rusiyanın "İsgəndər-M" raketləri Belarus ərazisindən Ukraynaya doğru yerləşdirilib.

Bundan əlavə, Belarus silahlı qüvvələrinin bölmələri Ukrayna ilə sərhədin Brest və Qomel vilayətlərində hərbi tapşırıqları yerinə yetirir.

"Ukraynada Belarusla sərhəd ərazilərdə təxribatın mümkünlüyü istisna edilmir. Hərbi və mülki infrastruktura raket və bomba hücumları təhlükəsi hələ də qalmaqdadır", - Baş Qərargah qeyd edib.

Bundan əlavə, Severski istiqamətində Ukraynanın Rusiya ilə həmsərhəd rayonlarında, həmçinin Zaporojye, Dnepropetrovsk, Donetsk, Luqansk və Xarkov vilayətlərinin yaşayış məntəqələrində infrastruktur obyektlərini atəşə tutmaqda davam edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar