Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sarıkökün (Zərdəçal) faydaları nələrdir?

Bir çox ədviyyat növlərində olduğu kimi, sarıköklə də bağlı uzun illərdir davam edən elmi araşdırmalar var. Araşdırmaçıların əksəriyyəti sarıkökün sağlamlığa müsbət təsirləri ilə bağlı razılığa gəlib.

Süfrələrdə tez-tez istifadə edilən ədviyyatlar arasında olmasa da, plov ilə birlikdə istifadə edilən və yeməyə sarı rəngi verən sarıkökdür. Bu möcüzəvi ədviyyat Cənub-Şərqi Asiya və Hindistan kimi bölgələrdə sarı çiçəkləri olan bir bitkinin kökündən əldə edilir. Güclü antiinflamatuar və antioksidan xüsusiyyətlərə malik olan sarıkök Hindistanda ənənəvi müalicə üsulu olan Ayurvedada da tez-tez istifadə olunur.

Heç bir sağlamlıq problemi olmayan bütün fərdlər gündə 1-2 çay qaşığı sarıkök qəbul etməklə immun sistemlərini gücləndirə və yoluxucu xəstəliklərə daha asan qalib gələ bilərlər.

Toz sarıkökün faydaları kimi bir çox mövzu onu istehlak etməyi düşünən şəxslərin maraqlandığı mövzular arasındadır. Sarıkökü istənilən şəkildə istehlak etmək olar, lakin tərkibindəki kurkumin yalnız yağda həll olunduğu üçün onu yağ tərkibli yeməklərlə və ya qatıq kimi təbii yağ ehtiva edən qidalarla qarışdıraraq istehlak etmək daha sağlam seçimdir.

Sarıkökün müntəzəm olaraq istifadə edildikdə sağlamlıq üçün 5 faydası:

İmmunitet sistemini gücləndirir
Xolesterolu aşağı salır
Oynaq ağrılarını və iltihabı azaldır
Parkinson, Altsheymer, MS kimi nevroloji xəstəliklər baxımından ümidvericidir.
Qan şəkərini balanslaşdırmağa kömək edir

Kurkumin nədir?

Sarıkökün (Zərdəçal) əsas aktiv tərkib hissəsi olan kurkumin bu qidanın bədənə verdiyi bir çox müsbət təsirdən məsul olan çox vacib bir komponentdir. Kurkumin zərdəçalın çəkisinin 3%-ni təşkil edir.

Sarıkökün dəri üçün faydaları nələrdir?

Sarıkökün faydaları təkcə onu qida kimi qəbul etməklə məhdudlaşmır. Dəriyə də bir çox müsbət təsirləri var. Sarıkök ilə hazırlanan təbii qarışıqlar sızanaq, ekzema və sədəf kimi dəri ilə əlaqəli bir çox sağlamlıq problemini yaxşılaşdırmaq üçün istifadə edilə bilər. Toz zərdəçal, qatıq və təbii zeytun yağını qarışdıraraq hazırladığınız qarışığı dərinizə çəkib bir müddət gözlədikdən sonra yuya bilərsiniz. Həssas dərisi olanlar və ya allergik reaksiyalara meyilli olanlar bu tətbiqlərdə diqqətli olmalı, hər hansı bir yanma və ya qaşınma hiss olunarsa, tətbiqi dayandırılmalı və dəri yuyulmalıdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Ən çox oxunanalar