Cümə axşamı, 11 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Samir Şərifov: “Azərbaycanda qazın qiyməti o qədər də yüksək deyil”

Azərbaycanda istehlakçılara satılan təbii qazın pərakəndə qiyməti o qədər də yüksək deyil...

Poliqon xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deyib deputat Ramil Həsənin əhali qrupu üçün qaz limitinin ləğvi və yeni yanaşmanın tətbiqi ilə bağlı təklifinə cavab olaraq deyib.

Onun sözlərinə görə, qaz limiti kifayət qədər mürəkkəb məsələdir: “Sosial həssas əhali üçün müəyyən qədər qaz limiti qoyulub. Həmin limit çərçivəsində qazın qiyməti daha ucuzdur. Limitdən yuxarı hissə isə bahadır”.

Nazir qeyd edib ki, bu, o qədər də sadə məsələ deyil: “Biz bunu açıq etiraf etməliyik".

Qeyd edək ki, 2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özəl xəstəxana 32 yaşlı qadının ölümünü əvvəl təkzib, sonra təsdiq etdi - Detallar

İran Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv ola bilər?

DİN rəsmisi səsvermədən sonra sərbəst toplaşma ilə bağlı xəbərdarlıq etdi

Əmək pensiyalarının təyin edilməsi və hesablanması qaydasında dəyişiklik edilib

Bayramov-Mirzoyan-Blinken görüşü... - Sülh yolunda irəliləyiş gözlənilir?

Kişilərin diqqətinə: Qadını dəli etmək üçün bu 6 vacib ifadəni deyin!

Bakıda kişi nişanını iki dəfə pozan sevgilisini döydü

Natiq Miri: Rusiyanın potensial təhlükəsi NATO-nu həqiqətən də, silkələdi...

Ərəstun Oruclu: Orban bunu Putinin tapşırığı ilə edirdi...

Maşının yanmağını istəmirsinizsə... – Bu əşyanı içəridə saxlamayın

Ən çox oxunanalar