Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahil Babayev: "10-dək Ahıllar Mərkəzinin açılışı nəzərdə tutulur"

"Sosial sifarişlərin icrasında çevikliyi qorumaq çox önəmlidir. Çevikliyi qoruya bilməsək layihələrin icra səviyyəsi ciddi şəkildə aşağı düşəcək"...

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.

Nazirin sözlərinə görə, ilin ilk 2-3 ayı ərzində bütün layihələr hazırlanıb təqdim olunmalıdır ki, il ərzində xidmətlər göstərilə bilsin: "Ona görə də QHT-lərlə birgə sosial yönümlü layihələrin mexanizmlərini daima təkmilləşdirməyə hazırıq. Düşünürük ki, bu sahədə çox ciddi nailiyyətlər var".

S.Babayev bildirib ki, ancaq bu layihələrin sayının artırılmasına ehtiyac dəfələrlə artıqdır: "İcra olunan layihələr çərçivəsində 10-dək Ahıllar Mərkəzinin açılışı nəzərdə tutulur. Lakin ölkənin ən azı 60 rayonunda belə mərkəzin yaradılmasına ciddi ehtiyac var. Bundan başqa, görmə qabiliyyəti zəif olan uşaqlar üçün Surdoloji Mərkəzlərin sayı cəmi 10-15 dənədir. Bunların hər biri hər rayonda olmalıdır. Günərzi Mərkəzlərinin sayının 70 olmasına baxmayaraq, bu Mərkəzlərə ehtiyac dəfələrlə artıqdır".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar