Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq nazir: “Vergilər Nazirliyi ilə Gömrük Komitəsinin birləşdirilməsi normal haldır” - Müsahibə


Sabiq Maliyyə naziri: “Təsəvvür edək ki, Maliyyə və Vergilər Nazirlikləri və Dövlət Gömrük Komitəsi birləşib vahid bir qurum kimi fəaliyyət göstərir və bu qurum növbəti il üçün özü özünə vergi yükü müəyyənləşdirir...”


“Yerli büdcələrin tərtibinə və icrasına bilavasitə rəhbərlik edən bir qurumun - Maliyyə Nazirliyinin eyni zamanda bu büdcələrin icrasının düzgünlüyünə qiymət verməsi nə qədər doğrudur?” 

Bu sözləri hökümətin iqtisadi qanadında aparılan struktur islahatlarını PİA.AZ-a şərh edərkən “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov bildirib. 

Qeyd edək ki, Vergilər naziri Fazil Məmmədov vəzifədən alındıqdan və onun yerinə təhsil naziri Mikayıl Cabbarov təyin olunduqdan sonra ictimaiyyət arasında Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birləşdiriləcəyi ilə bağlı mülahizələr səsləndirilir. Bəzi ekspertlər də belə birləşmənin olmasını məqbul qəbul edərək istisna etmirlər ki, belə bir birləşmə ilin sonuna qədər baş tuta bilər. ergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşı, iqtisadçı Qulu İbrahimli dəazpolitiko.info saytına veriyi müsahibəsində diqqəti yeni nazir Mikayıl Cabbarova vergilər naziri təyin olunarkən prezident tərəfindən ali xüsusi rütbənin verilməməsinə diqqəti çəkdi. Ekspert bu anlaşılmamazlığı Mikayıl Cabbarovun təkcə Vergilər Nazirliyinə deyil, daha geniş spektrə rəhbərlik edəcəyinin nəzərdə tutulması ilə əlaqələndirib. Qulu İbrahimlinin fikrincə tək vergi orqanlarını deyil, ümumiyyətlə bütöv dövlət gəlir inzibatçılığını özündə birləşdirən konkret institusional dəyişikliklər layihəsinin hökumətin əlində hazır dır və Mikayıl Cabbarova yeni səlahiyyətlərin verilməsi ilə bağlı sərəncam və fərmanlar yaxın günlərdə verilə bilər.

PİA.AZ-ın əməkdaşı mövzunun aktuallığını nəzərə alaraq hökümətin iqtisadi qanadında aparılan və aparılması gərəkən struktur islahatları ilə bağlı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifova bir neçə sualla müraciət edib. Sabiq nazirlə müsahibəni təqdim edirik.

Fikrət Yusifov: “Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birləşdirilməsi normal bir haldır. Ancaq bu qurumların Maliyyə Nazirliyində birləşməsinə yol vermək olmaz”.


- Fazil Məmmədovun vəzifədən alınmasından sonra Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birləşdiriləcəyi ilə bağlı bəzi mülahizələr səsləndirilir. Siz keçmiş Maliyyə naziri kimi bu iki qurumun birləşdirilməsini iqtisadi effektlilik cəhətindən səmərəli iqtisadi islahat olaraq dəyərləndirirsiniz?

- Struktur islahatlarını aparmaqda məqsəd xərclərə qənaət etmək deyil, idarəçiliyin maksimum sadələşdirilməsi yolu ilə onun effektivliyini təmin etməkdən və təkmil idarəçilik vasitəsilə iqtisadiyyatda daha ciddi uğurlar qazanmaqdan ibarətdir. Dövlət idarəetmə aparatının işi elə təşkil olunmalıdır ki, o, özünə aid məsələləri az vaxt ərzində yüksək səviyyədə həll edə bilsin. 

Son üç ildə struktur islahatları sahəsində Azərbaycan hökuməti bir çox işlər görüb. Bu sıraya bəzi nazirlik və komitələrin, dövlət şirkətlərinin ləğvini, bir sıra hallarda onlardan bəzilərinin funksiyalarının digər müvafiq qurumlara verilməsini, vətəndaşlara xidmət göstərilməsini tam sadələşdirmək və bu işdə bütün neqativ halları aradan qaldırmaq məqsədilə bir çox xidmət sahələrinin ASAN xidmətə ötürülməsini, əhaliyə pullu xidmət göstərən bəzi qurumların publik hüquqi şəxslərə çevrilməsini, müasir iqtisadi şəraitin tələblərinə cavab verən bir sıra yeni qurumların yaranmasını aid etmək olar. Lakin qarşıda struktur islahatlarının daha mühüm bir mərhələsinə keçmək qədər ciddi bir proses durur. 

Bu mərhələdə söhbət artıq böyük nazirlik və dövlət komitələrinin hər hansı bir formada birləşdirilməsindən və ya onların tərkibindən hansısa strukturların çıxarılaraq müstəqil bir qurum kimi təsbit edilməsindən gedir. Məsələn, təkliflər səslənir ki, Maliyyə, Vergilər Nazirlikləri və Dövlət Gömrük Komitəsi bir qurum kimi birləşdirilsin. Vergilərin yığılmasına məsul olan qurumlar arasında struktur islahatları çərçivəsində baş verməsi gözlənilən belə birləşmələr, vergilərin yığılması sahəsində işlərin daha da təkmilləşdirilməsini və vergidən yayınma hallarının minimuma endirilməsini hədəfləməlidir. 

Bu konteksdə Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birləşdirilməsi normal bir haldır. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vergi yığmaqla məşğul olan qanadının da yeni yaradılacaq struktura birləşdirilməsi düzgün addım olardı. 

Ancaq bu qurumların Maliyyə Nazirliyində birləşməsinə yol vermək olmaz. Belə ki, Maliyyə Nazirliyi hər il Vergilər NazirliyiDövlət Gömrük Komitəsi üçün növbəti ildə onların büdcəyə toplayacaqları vergi və rüsumların həcmini (proqnozları) müəyyənləşdirən bir qurumdur. Maliyyə Nazirliyi növbəti il üçün vergi proqnozlarının ilkin variantını tərtib edib qurtardıqdan sonra, bir qayda olaraq onunla Vergilər NazirliyiDövlət Gömrük Komitəsi arasında toplanacaq vergilərin həcminə dair proqnozlar ətrafında fikir ayrılıqları meydana çıxır ki, bu da çox normal bir haldır. Büdcəyə daha çox vəsait toplanmasında maksimum maraqlı olan Maliyyə Nazirliyinin mövqeyi bir qayda olaraq bu vəsaitləri toplayan Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin mövqeyi ilə üst-üstə düşmür və bəzən də kənarlaşmalar kifayət qədər ciddi ola bilir. Çünki, vergi və rüsumları yığan qurumlar adətən proqnozların mümkün qədər aşağı olmasında maraqlı olurlar. 

Belə olduqda, təbii ki, onlar həmin proqnozların öhdəsindən asanlıqla gələ bilirlər. Proqnozlar yüksək olduqda isə əksinə, onların tam icra oluna bilməməsi təhlükəsi yaranır ki, bu da büdcəyə vəsait toplayan qurumlar və həm də onların rəhbərlikləri üçün heç də arzu olunan hal deyil. İndi təsəvvür edək, Maliyyə və Vergilər Nazirlikləri və Dövlət Gömrük Komitəsi birləşib vahid bir qurum kimi fəaliyyət göstərir və bu qurum növbəti il üçün özü özünə vergi yükü müəyyənləşdirir. Bu halda bu yükün reallığa nə qədər uyğun olub olmadığını kim müəyyən edəcək? Bu proqnozların tərtibi ilə bağlı incəlikləri bu üç strukturda çalışan peşəkarlardan yaxşı kim bilə bilər? Bu səbəbdən də belə birləşmədən sonra vergi yükünün əsassız azaldılması təhlükəsi yaranacaq. Bu isə hökumətə lazım deyil. 

Fikrət Yusifov: “Birləşmədən sonra bu qurumlarda mövcud olan aidiyyatı xidmətləri maksimum ASAN xidmətə ötürülməsi də yaxşı olardı”.


- Sizin fikrinizcə Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birləşdirilməsi ölkə xaricindən gətirilən malların monopoliyadan azad olunmasına yol aça bilərmi?

- Hesab edirəm ki, vergi və rüsumların toplanması ilə bilavasitə məşğul olan Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin birləşdirilməsi mümkündür və bura Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vergi yığmaqla məşğul olan qanadının da daxil etmək lazımdır. Belə birləşmədən sonra bu qurumlarda mövcud olan aidiyyatı xidmətləri maksimum ASAN xidmətə ötürülməsi də yaxşı olardı. 

Maliyyə Nazirliyinin tərkibindən isə Dövlət Xəzinədarlığı Agentliyini ayırıb birbaşa Prezidentə tabe olan bir struktura çevirmək lazımdır. Bir nazirliyin həm büdcə xərclərini proqnozlaşdırması və həm də onun icrasını həyata keçirməsi, dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin azalmasına yol açan bir hal kimi dəyərləndirilməlidir. 

Bütün hallarda, xərclərin proqnozlaşdırılması Maliyyə Nazirliyi tərəfindən həyata keçiriləcəkdir, lakin müstəqil bir qurum olaraq Dövlət Xəzinədarlığı Agentliyi də bu məsələdə öz mövqeyini ortaya qoya bilər ki, bu da çox mühüm bir şərtdir. Bir sözlə, gəlir və xərc proqnozlarının müəyyən olunmasında heç bir qurumun monopoliyasına imkan vermək olmaz. Belə monopoliya proqnozların müəyyən edilməsində subyektiv meyllərin artmasına gətirib çıxara bilər. 

Fikrət Yusifov: “Dövlət Baytarlıq Nəzarəti Xidməti bilavasitə ölkə Prezidentinə tabe olan müstəqil bir qurum kimi fəaliyyət göstərməlidir”.


- Bəzi ekspertlər bildiriblər ki, bu il büdcənin illik vergi daxilolmaları proqnozunun icrasında problemlər var. Bu problemlərin yaranmasını əsasən nəylə əlaqələndirmək mümkündür? İri vergi ödəyicilərin bu və ya başqa şəkildə vergidən yayınmasıyla, yoxsa, orta sahibkarlığın yaşadığı ciddi problemlərlə?

- Qeyd edim ki, başqa bir təklif, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin bu Nazirlikdən ayrılaraq Hesablama Palatasına birləşməsi ilə bağlıdır. Bu gün yerli büdcələrin tərtibinin və icrasının düzgünlüyünün təftişini həm Maliyyə Nazirliyi, həm də Hesablama Palatası paralel olaraq aparır. Yerli büdcələrin tərtibinə və icrasına bilavasitə rəhbərlik edən bir qurumun – Maliyyə Nazirliyinin eyni zamanda bu büdcələrin icrasının düzgünlüyünə qiymət verməsi nə qədər doğrudur? 

Düzdür bu təcrübə uzun müddətdir ki davam edir. Lakin biz müasir şəraitdə dövlət vəsaitlərindən istifadənin səmərəliliyini optimal bir səviyyəyə qədər yüksəltmək istəyiriksə, bu təcrübədən imtina edilməlidi. Əslində bu Hesablama Palatasının da cari işi deyil, Palata ölkədə daha qlobal yoxlama və araşdırmalar aparmaqla məşğul olmalıdır. Lakin nəzərə alsaq ki, Hesablama Palatası artıq yarandığı gündən bu işlə bilavasitə məşğul olur, bu halda həmin nəzarətin tamamilə ora ötürülməsi düzgün olardı. 

Başqa bir misal. Kənd Təsərrüfatı Nazirliyinin tərkibində Dövlət Baytarlıq Nəzarəti Xidməti fəaliyyət göstərir. Hesab edirəm ki, bu struktur həmin nazirliyin tərkibindən çıxarılmalı və ərzaq məhsullarının keyfiyyətinə nəzarət edən başqa aidiyyatı təşkilatlar da onun tərkibinə verilməklə, 

Dövlət Baytarlıq Nəzarəti Xidməti bilavasitə ölkə Prezidentinə tabe olan müstəqil bir qurum kimi fəaliyyət göstərməlidir. Ölkəyə keyfiyyətsiz ərzaq məhsullarının daxil olmasının qarşısını almaq məqsədilə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin belə bir formada təşkili çox vacibdir. Bu xidmətin yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyinə verilməsi də mümkündür.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar