Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq deputat “Azərbaycan Dəmir Yolları”nı tənqid etdi

“Yayın hay-hayı gedib, vay-vayı qalandan sonra “Azərbaycan Dəmir Yolları” Bakı-Gəncə-Bakı sürət qatarının boş gedib-gəlməsindən bezib bilet qiymətini 5 manat endirib. Yəni 20 oldu 15 manat (Amma 10 manat artırmışdılar). Bunu da hər yerdə reklam edirlər...”

PİA.az-ın xəbərinə görə, bunu sabiq deputat Etibar Hüseynov bildirib.

“Bu qəbildən olan elanı oxuyub sonuna çatanda diksindim. Əvvəl elə bildim ki, keçən ildən qalma elandı. Çünki xəbərin sonunda deyilirdi ki, “bilet satışı zamanı 18 yaşdan yuxarı sərnişinlərdən peyvənd, əks-göstəriş, immunitet sertifikatları tələb olunur”. Nə az, nə çox, düz 3 sertifikat. Və bunun da haradasa xortlayıb yenidən peyda olmuş Operativ Qərərgahın tələbi ilə edildiyi bildirilir. Bu nə biabırçılıqdır! Siz bu millətlə məzələnirsinizmi? Nə sertifikat? İndiyə sertifikat qalar? Hamı çoxdan cırıb tullayıb onu. Bir də ki, bu sertifikat dünənə qədər niyə yadınıza düşmürdü, indi 5 manat endirim edən kimi yadınıza düşdü? Nə vaxta qədər hər yeni gələn, gedənin atasına rəhmət oxutduracaq? Sanki içəridən hansısa qara qüvvə hər gün ölkə vətəndaşlarını iqtidardan narazı salmaq üçün addım atır. Bu məmləkətdə nə baş verir anlamıram” – E.Hüseynov qeyd edib. (Pravda)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Ən çox oxunanalar