Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saakaşvilinin son şousunun arxasında hansı məqsədlər dayanırdı?

Seçkidən və Saakaşvilinin həbsindən sonra Gürcüstan müxalifətinin susqunluq nümayiş etdirməsini nəylə əlaqələndirmək olar?..

Siyasi şərhçi: “Gürcüstanda yaxın perspektivdə siyasi təlatüm gözlənilmir”.

“Saakaşvilinin qayıdışı yaxın perspektivdə ölkə daxilində passivləşən protest elektoratın yavaş-yavaş aktivləşməsinə, hakimiyyətə qarşı çıxışların artmasına səbəb olacaq”.

Bu sözləri siyasi şərhçi Qafqaz Ömərov Gürcüstanda keçirilən seçkiləri PİA.az-a şərh edərkən qeyd edib.

Gürcüstanda keçirilən seçkilər bütün gözləntilərin əksinə olaraq çox sakit keçdi. Hətta sabiq Gürcüstan prezidenti Mixail Saakaşvili Gürcüstana gələrək özünün həbs olunmasını faktiki olaraq təmin etsə də, Gürcüstanda siyasi stabillik əvvəlkindən və gözlənildiyindən daha çoxdur.

Gürcüstanda baş verən prosesləri, xüsusən seçkilərdən və Saakaşvilinin həbsindən sonra Gürcüstan müxalifətinin susqunluq nümayiş etdirməsini nəylə əlaqələndirmək olar və Saakaşvilinin sonuncu şousunun arxasında hansı məqsədlər dayanırdı və dayanmaqdadır?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi ekspert Qafqaz Ömərov ilə müzakirə edib.

Qafqaz Ömərov: “Saakaşvilinin gəlişinin arxasında duran məqsədi biz yaxın zamanlarda görə biləcəyik”.

Rusiya və Qərbin İvanişvili üzərindən anladıqlarını vurğulayan ekspert PİA.az-a bildirib ki, sabitliyin əsas səbəbi də budur. Ona görə də hələlik vəziyyətin destabilləşməsini gözləmək tezdir:

“Gürcüstanda yaxın perspektivdə siyasi təlatüm gözlənilmir. Bu ölkədən Saakaşvilin getməsi ilə gəlməsi arasındakı müddətdə ciddi bir şey dəyişməyib. Sadəcə Rusiya və Qərb İvanişvili üzərindən anblaşıblar. Sabitliyin əsas səbəbi də budur. Ona görə də hələlik vəziyyətin destabilləşməsini gözləmək tezdir.

Saakaşvilinin qayıdışı isə yaxın perspektivdə ölkə daxilində passivləşən protest elektoratın yavaş-yavaş aktivləşməsinə, hakimiyyətə qarşı çıxışların artmasına səbəb olacaq. Bu məsələlərdən danışarkən ölkənin ərazi problemi də unudulmamalıdır.

Qafqaz Ömərov: “Ölkənin cənubuna Stalinin planı əsasında axısqa türklərinin torpaqlarına köçürülmüş ermənilər hələ də Gürcüstanın təhlükəsizliyi üçün təhdid olaraq qalırlar”.

Gürcüstanın iki böyük regionu faktiki olaraq işğal altındadır. Hərbi-strateji cəhətdən paytaxt Tiflis belə müharibə başlayacağı təqdirdə ciddi təhlükə altındadır. Abxaziya və Cənubi Osetiyadan başqa ölkənin cənubuna Stalinin planı əsasında axısqa türklərinin torpaqlarına köçürülmüş ermənilər hələ də Gürcüstanın təhlükəsizliyi üçün təhdid olaraq qalırlar. Yəni, üzdən hər şey sakit görünsə də Gürcüstanda ictimai-siyasi vəziyyət o qədər də ürəkaçan deyil.

Saakaşvilinin gəlişinin arxasında duran məqsədi isə biz yaxın zamanlarda görə biləcəyik. Hələlik dəqiq nə isə söyləmək tələskənlik olardı. Hər-halda, əgər belə çətin yolla, həm də bilə-bilə ki, onu həbs edəcəklər, keçmiş prezident Gürcüstana qayıdıbsa, deməli oyun oynamağa gəlməyib”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Ən çox oxunanalar