Çərşənbə, 10 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın təxribatçı mövqedə durması sülh prosesinə necə təsir edir?

Denis Qonçar bildirib ki, Bakı ilə İrəvan arasında tələsik hazırlanmış sülh müqaviləsi yeni münaqişələrə səbəb olacaq...

Politoloq: “Rusiya Qərbin Azərbaycanla Ermənistan arasındakı proseslərdə vasitəçiliyini həzm etmək istəmir”.

“Kreml hansısa bir formada başqa paytaxtlarda danışıqların həyata keçməsinə o qədər sərt mövqe göstərməsə də, Azərbaycanla Ermənistan arasındakı yekun sülh müqaviləsinin Rusiyada deyil, Qərbdə imzalanması Moskvanı qıcıqlandıran ən ciddi faktorlardan biri ola bilər”.

Bu sözləri politoloq Tural İsmayılov Kremlin Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsinə verdiyi reaksiyanı Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Denis Qonçar bildirib ki, Bakı ilə İrəvan arasında tələsik hazırlanmış sülh müqaviləsi yeni münaqişələrə səbəb olacaq. Görünən odur ki, kənar geosiyasi aktorların regional nizamın bərpasına cəhdləri Rusiya üçün qəbulolunmaz xarakter daşıyır.

Bəs Rusiyanın təxribatçı mövqedə durması sülh prosesinə və ümumilikdə, Qarabağ ətrafında vəziyyətə necə təsir edə bilər?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “Rusiyanın təxribatçı mövqedə durması Qarabağ ətrafındakı vəziyyətə mənfi təsir göstərir”.

Vaşinqtonun ABŞ moderatorluğu ilə Azərbaycanla Ermənistan arasında razılaşmanın əldə olunması ərəfəsində Rusiyanın bir çox təxribatlar həyata keçirə biləcəyini istisna etməyən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, buna baxmayaraq artıq nə region əvvəlki region deyil, nə də Rusiya əvvəlki Rusiya deyil:

“Əlbəttə, Rusiya Qərbin Azərbaycanla Ermənistan arasındakı proseslərdə vasitəçiliyini həzm etmək istəmir. Kreml bu prosesdə qıcığını hər bir formada ortaya qoymağa çalışır. Son baş verən hadisələr də Rusiyanın bu qıcığını və siyasi qısqanclığının ən böyük göstəricilərindən biridir. Əslində Rusiyanın təxribatçı mövqedə durması Qarabağ ətrafındakı vəziyyətə mənfi təsir göstərir. Çünki hələ də, Azərbaycan vətəndaşları olmalı olan, Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesinin qarşısında ən böyük əngəllərdən biri Rusiyadır.

Eyni zamanda Rusiya qəbul edə bilmir ki, hansısa başqa platformalarda iki ölkə arasında sülh müqaviləsi imzalansın. Həmçinin Kreml hansısa bir formada başqa paytaxtlarda danışıqların həyata keçməsinə o qədər sərt mövqe göstərməsə də, Azərbaycanla Ermənistan arasındakı yekun sülh müqaviləsinin Rusiyada deyil, Qərbdə imzalanması Moskvanı qıcıqlandıran ən ciddi faktorlardan biri ola bilər.

Tural İsmayılov: “Rusiyanın hansısa provakasiyalarından çəkinmək doğru deyil”.

Bu baxımdan, Vaşinqton daha yaxşı başa düşür ki, ABŞ moderatorluğu ilə Azərbaycanla Ermənistan arasında razılaşmanın əldə olunması ərəfəsində Rusiya bir çox təxribatlar həyata keçirə bilər. Amma artıq nə region əvvəlki region deyil, nə də Rusiya əvvəlki Rusiya deyil. Buna görə də, Rusiyanın hansısa provakasiyalarından çəkinmək də, doğru deyil.

Təbii ki, Ermənistan Rusiyadan qorxur və qorxduğu üçün də Yerəvan hər şeyini Moskvaya satışa çıxarıb. Amma Rusiya da yaxşı bilir ki, Azərbaycan müstəqil xarici siyasət kursu həyata keçirən və geopolitik güc faktorlarından biridir. Buna görə də, Rusiyanın da siyasətində Azərbaycana qarşı müəyyən dəyişikliklər də yaxın gələcəkdə baş verə bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bayram Yusifov “YAP”-a qarşı – Deputat olacağam….

Lalə Məmmədova: “Hamilə olarkən ərim məni xəbərsiz boşadı” - Video

156 nəfər deputatlığa namizədliyini irəli sürüb

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib - Yenilənib

"Tanrının Alla Puqaçovanın məsləhətinə ehtiyacı yoxdur" - Zaxarova

Bakıda xəstə baş həkimin otağına benzin tökərək yandırıb - Foto, Yenilənib

Azərbaycanın iki rayonunda internetin işində yaranan problem həll olunub - Yenilənib

Pezeşkian verdiyi vədlərini yerinə yetirə biləcəkmi?

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu

Ən çox oxunanalar