Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Ukraynanın Rusiya ilə münaqişədə qalib gəlməsinə kömək etmək üçün NATO ölkələri qəti addımlar atmalıdırlar...
Poliqon xəbər verir ki, Zelenski bunu Vaşinqtonda NATO sammitinin açılışında çıxış edərkən deyib. Onun sözlərinə görə, müttəfiqlər ABŞ-da prezident seçkilərinin keçiriləcəyi noyabrı gözləmədən indi yardımları artırmalıdırlar.
“Kölgələrdən çıxmaq, güclü qərarlar qəbul etmək, hərəkətə keçmək və noyabrı və ya başqa ayı gözləməyin vaxtıdır. Bunun üçün biz güclü və barışmaz olmalıyıq. Birlikdə. Və hər şeydən əvvəl ABŞ!”, deyə Zelenski çıxışında vurğulayıb. Zelehski xüsusilə, ABŞ-ı Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirmək üçün istənilən məhdudiyyəti aradan qaldırmağa çağırıb.
Amerika mətbuatının yazdığına görə, NATO ölkələri Donald Tramp Amerika seçkilərində qalib gəlsə belə, Ukraynaya uzunmüddətli yardım planları hazırlamağa başlayıb. Belə ki, yayılan məlumatlara əsasən NATO sammitində Ukrayna Silahlı Qüvvələrinə çatdırılan bütün hərbi yardımları əlaqələndirmək üçün Almaniyada Şimali Atlantika Alyansının qərargahının yaradılmasını elan ediləcək. Bundan əlavə, alyans bu təchizat üçün məsul şəxsi təyin edəcək.
Poliqon.info