Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın həssas vəziyyəti...

Qərb mediası Putinin neftin qiymətinin tavanına cavabı haqqında nə yazır...

Dekabrın 27-də Rusiya prezidenti Vladimir Putin Rusiya neftinə qiymət tavanının tətbiqi ilə bağlı cavab tədbirləri haqqında fərman imzalayıb. Sənəd, müqavilələrdə birbaşa və ya dolayısı ilə “qiymət həddi mexanizminin istifadəsini nəzərdə tutursa” şirkətlərə və fiziki şəxslərə neft tədarükünü qadağan edir.

Bəs xarici media və analitiklər bu qərara necə reaksiya veriblər?

Qeyd edək ki, dekabrın 5-də Rusiyadan Qərb ölkələrinə dəniz yolu ilə neft tədarükünə qadağa tətbiq olunmağa başlayıb və elə həmin gün də Rusiya nefti üçün qiymət tavanı qüvvəyə minib. Bu qərar G7 ölkələri, Avropa İttifaqı, Avstraliya və Norveç tərəfindən təsdiqlənib.

Yeni qaydalara əsasən, Rusiya nefti bir barel üçün 60 dollardan yüksək olmayan qiymətə sata biləcək, əks halda sığorta, yük və kredit təşkilatlarına bu əməliyyatlara xidmət göstərmək qadağan ediləcək. Beləliklə, Qərb dövlətləri Rusiya büdcəsinə daxil olan gəlirləri və müvafiq olaraq hərbi əməliyyatların maliyyələşdirilməsini azaltmaq istəyirlər.

Putinin dünənki fərmanı ilə bağlı Bloomberg yazır ki, Moskva qlobal neft tədarükünün daha da pozulmasına səbəb ola biləcək “daha güclü cavabdan” çəkinib.

Kpler-in analitiki Viktor Katon agentliklə söhbətində Putinin fərmanını “çox qeyri-müəyyən” adlandırıb. O qeyd edib ki, sərəncamda neftin ixracı üçün, əvvəllər Rusiya mətbuatında yer alan minimum qiymətin müəyyən edilməsi kimi, tədbirlər yer almayıb. Katonun fikrincə, bu, “çərçivə sənədidir”.

“Financial Times” yazır ki, Putinin qərarı Rusiya mediasında müzakirə olunan minimum neft qiyməti və ya yanacağa endirim kimi variantlardan “daha az sərtdir”. Nəşr fərmandan istisnaya diqqət çəkir və qeyd edir ki, fərmanla qadağan edilən neft və neft məhsullarının satışı “prezidentin xüsusi icazəsi əsasında həyata keçirilə bilər”. FT-yə görə, bu, Rusiyaya Hindistan və Çin kimi bazarlardakı istehsalçılara xam neft satmağa davam etməyə imkan verəcək.

The New York Times, qərarın təsirinin “məhdud” olacağını yazıb. Çünki Rusiya neftindən ən çox asılı olan Avropa İttifaqı artıq neftin böyük hissəsinin idxalını qadağan edib, buna görə də məhdudiyyət daha çox Avropa İttifaqına aid olmayan alıcılara təsir göstərir. Qəzet Moskvanın qiymət tavanına reaksiyasını “gözlənilən” adlandırır, çünki Kreml artıq qiymət məhdudiyyətlərinə uyğun olaraq nefti satmayacağını bəyan edib.

The Wall Street Journal isə qeyd edir ki, Kreml fərmanla neft ixracını “Qərbdən olmayan alıcılar” üçün məhdudlaşdırmaq qərarına gəlsə, bu, qlobal satışın azalmasına və qiymətlərin artmasına səbəb ola bilər. Halbuki hədəf yalnız qiymət tavanını təyin edən Qərb ölkələri olsaydı, o zaman nəticələr daha az ciddi olardı, çünki onlar artıq Rusiya neftinin idxalını qadağan ediblər.

“Fərman qeyri-müəyyəndir və Putinə qiymət tavanına uyğun gələn ayrı-ayrı ölkələrə ixracı saxlamaq imkanı verir. Bütövlükdə bu, Rusiyanın həssas vəziyyətdə olduğuna, neft gəlirlərinə ehtiyac duyduğuna və buna görə də qəti addımlar ata bilməyəcəyinə işarədir”, deyə Brüsseldəki Bruegel Analitik Mərkəzinin baş elmi işçisi Simone Tagliapietra bildirib.

WSJ həmçinin qeyd edir ki, bazarlar Rusiyanın cavab tədbirlərinə demək olar ki, reaksiya vermir. O cümlədən, dekabrın 27-si axşam saatlarında Brent markalı neftin bir barelinin qiyməti cəmi 0,5% artaraq 84,33 dollar olub.

Xatırladaq ki, dekabrın əvvəlində Bloomberg mənbələrə istinadən xəbər vermişdi ki, Moskva neftin qiymətinin tavanına cavab vermək üçün bir neçə variantı müzakirə edir. Xüsusilə, Rusiya hakimiyyət orqanları ixrac olunan neft üçün sabit qiymətlər və ya yanacağın referans dərəcəsinə endirimə məhdudiyyət tətbiq edə bilər.

Mənbə: rtvi.ru

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Sevgi münasibətlərində birinci kim üzr istəməlidir? – Psixoloq danışdı

Ən çox oxunanalar