Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın həlledici hücumu fevralın 21-də başlaya bilər…

Rusiya fevralın 21 və 24-də Ukraynada bütün cəbhəboyu həlledici hücuma başlayacaq…

Rusiyalı ekspertlər fevralın 21-dən sonra Ukraynada döyüş əməliyyatlarının intensivləşəcəyini proqnozlaşdırırlar. Bu proqnozlarda qışın son həftəsində dəqiq nələrin baş verəcəyi ilə bağlı təfərrüatlar dəqiqləşdirilməsə də, proqnozların özü qeyri-optimist görünür.

Poliqon.info Rusiya mətbuatına əsasən xəbər verir ki, bu barədə müharibənin gedişatını fəal şəkildə izləyən iki rus ekspert eyni vaxtda məluamat paylaşıblar. Ekspertlərin fikrincə, fevralın 21-24-ü Ukraynada müharibənin gedişatını dəyişmək üçün həlledici olacaq.

Hərbi jurnalist Vladimir Romanovun yazıb ki, fevralən 21-də Rusiyanın bütün cəbhə boyu geniş hücumu başlayacaq. Lakin Romanov eyni zamanda fevralın 24-də də böyük hadisələrin baş verəcəyini istisna etməyib. Onun fikrincə, məhz bu tarixlərdə Rusiya yeni total hücuma başlayacaq. Pravda.ru Romanova istinadən yazır ki, hücum Luqansk və Donetsk istiqamətlərindən başqa yeni istiqamət üzrə olacaq.

Bundan başqa politoloq Marat Bəşirov da açıq şəkildə vətəndaşları 21 fevralda “ehtiyatlı olmağa” çağırıb. O, Telegram kanalında çox mənalı şəkildə belə yazıb: “21 fevral cəbhədə nə edəcəyimiz bəlli olacaq. Həmçinin Ukrayna ordusunun NATO ilə birlikdə və NATO olmadan ayrı-ayrılıqda nə edəcəyinin göstəricisi olacaq. Həmin gün özünüzə diqqət edin”.

Ukraynadakı müharibənin ildönümü ərəfəsində böyük hücumla bağlı təkcə hərbi müxbirlər proqnoz vermirlər. BMT Baş Assambleyası da belə bir fikir formalaşıb və artıq BMT Baş Assambleyası da Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. BMT Baş Assambleyasının fevralın 23-də keçiriləcək növbədənkənar iclasının iştirakçıları arasında Rusiya əleyhinə qətnamənin mətninin yayılması haqqında artıq mətbuatda məlumatlar yayılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar