Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı ekspertlər: “Sülhməramlıların faşist Njdenin abidəsi olan yerdə Qələbə paradı keçirməsi nonsensdir”

“Xocavənddə faşist Qaregin Njdeyə qoyulan abidə mayın 9-na, faşizm üzərində Qələbə gününə kimi sökülməlidir. Bu abidə rəsmi Bakının icazəsi olmadan qoyulub. Rusiyanın rəsmi strukturları “baxırıq, görmürük” mövqeyindən əl çəkməlidirlər. Moskva bu məsələ ilə bağlı dəqiq mövqe ortaya qoymalıdır”.

Bunu APA-nın Moskva müxbirinə müsahibələrində rusiyalı ekspertlər bildiriblər.

Təhlükəsizlik məsələləri üzrə rusiyalı ekspert Yevgeni Mixaylov bildirib ki, Xocavəndə faşist Qaregin Njdeyə qoyulan abidə mayın 9-na kimi sökülməlidir: “Hər kəsə məlumdur ki, Rusiya nasistlərin tərəfdarlarının xatirəsinin əbədiləşdirilməsini öz ərazisində olduğu kimi postsovet ölkələri ərazisində də alqışlamır. Rusiyanın Armavir şəhərində Üçüncü Reyxin generalı olmuş Njdenin lövhəsini yığışdırdılar. İndi isə növbə Rusiya sülhməramlılarının olduğu ərazidə faşistə ucaldılmış abidənindir. Rusiya sülhməramlıları mayın 9-da bütün sovet xalqlarının faşizm üzərində qələbəsinin ildönümünü qeyd edəcəklər və onların yanında faşist generalı Qaregin Njdenin abidəsi olacaq. O zaman belə çıxır ki, Rusiya əsgərlərinin bir qrupu Qələbə paradı keçirir, digər qrupu isə faşist Njdenin abidəsini mühafizə edir? Əlbəttə ki, bu, nonsensdir. Bu məsələni dərhal həll etmək lazımdır. Rusiya sülhməramlıları yerli ermənilərə izah etməlidirlər ki, rus əsgərləri olan yerdə faşizm simvollarına yer yoxdur. Məndə olan məlumata görə, Rusiya tərəfi abidənin sökülməsini tələb edib. Hesab edirəm ki, Böyük Qələbənin ildönümünün qeyd edilməsi ərəfəsində Rusiya və nasizmi inkar edən dünya ictimaiyyətinin üzvləri əllərindən gələni etməlidirlər ki, bu abidə sökülsün”.

Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko da 9 may Qələbə paradına kimi Njdenin abidəsinin sökülməsinin vacibliyini vurğulayıb: “Qarşıda 9 may - Qələbə günü gəlir. Biz Azərbaycanın Qarabağ regionunun ərazisində, harada ki, indi ermənilər yaşayır, Hitlerin silahdaşı faşist kollaborant Qaregin Njdenin abidəsinin ucaldığını görürük. Bu tamamilə çirkin vəziyyətdir. Düşünürəm ki, bu məsələ ilə bağlı Ermənistanla həddindən çox sərt danışmaq lazımdır. Almaniyada Hitlerin heykəlinin olduğunu təsəvvür edirsiniz? Əlbəttə ki, müasir Almaniyada bu mümkün deyil. Ermənilər isə faşist Njdenin milliyyətçi ideyalarını kultlaşdırırlar ki, bu, tamamilə qəbuledilməz vəziyyətdir. Nəzərə alaq ki, Rusiya sülhməramlıları 9 mayda parad keçirəcəklər. Onda bəs necə olacaq? Rusiya əsgərləri erməni millətçilərinin əbədiləşdirdiyi Njdenin abidəsinin önündən marşla keçəcəklər? Bu tamamilə qəbuledilməzdir. Bilirsiniz, bu cür məsələlər haqda sərt danışmaq lazımdır. Njdenin abidəsi buldozerin qabağına verilib, demontaj olunmalıdır ki, bu biabırçı faşizm abidəsinin izi belə qalmasın. Xüsusi ilə də söhbət faşizm üzərində böyük qələbənin növbəti ildönümündən gedirsə...”

Rusiyalı ekspertlər hesab edirlər ki, rəsmi Moskva həm İrəvanda, həm də Xocavəndə Njdenin abidəsinin sökülməsi ilə bağlı dəqiq mövqe ortaya qoymalıdır, bu məsələdə görməməzlik qəbuledilməzdir.

İqor Korotçenko məlum məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin bəyanat verməli olduğunu vurğulayıb: “Utanmaq lazım deyil. Nasizmin əbədiləşdirilməsi yolverilməzdir. Xüsusi ilə də bu, o zaman yolverilməzdir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü, Rusiyanın müttəfiqi olan ölkə edir. Faşist kollaborantın abidəsinin ucaldığı ölkəni müttəfiq adlandırmaq çətindir. Ona görə də, hesab edirəm ki, Rusiyanın rəsmi strukturları “baxırıq, görmürük” mövqeyindən əl çəkməlidirlər. Ekspertlər, ictimaiyyət bu barədə deyir, lakin Rusiyanın da dövlət kimi mövqeyi dəqiq olmalıdır”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Qarabağdakı sülhməramlı kontingentin faşizm üzərində qələbənin ildönümünə həsr olunan 9 may paradına hazırlaşdığı barədə məlumat yayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Ən çox oxunanalar