Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 18-də Biləsuvar rayonunun Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsini ziyarət edib...

AZƏRTAC xəbər verir ki, əvvəlcə Milli Qəhrəmanın döyüş yolunun, vətənpərvərlik, qəhrəmanlıq nümunəsinin gənc nəslə aşılanması üçün şəhidin doğulduğu kənddə yaradılan ev muzeyinə gələn Leyla Əliyeva burada Mübariz İbrahimovun şəxsi əşyaları, onun həyat yolunu əks etdirən eksponatlarla tanış olub.

Sonra Mübariz İbrahimovun ailəsinin yaşadığı evə gələn Leyla Əliyeva Azərbaycanın Milli Qəhrəmanının atası və anası ilə çay süfrəsi arxasında söhbət edib.

Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.l

O, 2009-cu ilin avqustunda öz arzusu ilə cəbhə bölgəsində hərbi xidmətə başlayıb. 2010-cu il iyunun 19-da gecə saat 23 radələrində Tərtər istiqamətində iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni təkbaşına keçən Mübariz Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini ilk həmlədə məhv edib. Beş saatlıq döyüşdə düşməni ağır itkilərə məruz qoyan M.İbrahimov qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin Sərəncamı ilə gizir Mübariz İbrahimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Prezidentin digər Sərəncamı ilə Milli Qəhrəmanın xatirəsi əbədiləşdirilib.

Poliqon.info

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Bakı metrosunda toplanan yeraltı sular şəhərin təmizlənməsində istifadə ediləcək

İş və istirahət günlərinin yerləri dəyişdirilib

Axios: Netanyahu şəxsən peycerlərlə əməliyyatı təsdiqləyib...

Ən çox oxunanalar