Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyadan Türkiyəyə Suriya təhdidi - Bu təhdidlər nədən ibarətdir?..

Türkiyəni Suriyada təhdid edən təkcə ABŞ deyil, həm də Rusiyadır...

Cahit Armağan Dilek
“Yeniçağ” qəzeti, Türkiyə, 29 noyabr 2019-cu il

Soyuq müharibənin başa çatması ilə birlikdə iki qütblü dünya sisteminin necə və kimin nəzarətində yeni bir dünya sisteminə çevriləcəyi hələlik məlum deyil. 1990-lardan 2000-ci illərin əvvəlinə qədər ABŞ-ın tək super güc olduğu dönəmin sonunda dünyada yeni güc mərkəzlərinin (Çin, Rusiya, AB (Almaniya), Braziliya, Türkiyə, İndoneziya, İran və s.) ortaya çıxdığını görürük.

Regional və qlobal yeni ittifaqlar ortaya çıxarkən, qlobal güc mübarizəsinin əsas mərkəzinin Asiya-Sakit okeana keçdiyini də görmək olar. Buna baxmayaraq, yeni dünya sistemini müəyyən edəcək mübarizənin mərkəzi Yaxın Şərqdir. 2001-də Əl-Qaidənin 11 sentyabr hücumları ilə başlayan qanlı mübarizə, 2014-də İŞİD-in Mosulu işğal etməsi ilə yeni bir mərhələyə keçdi.

Bu prosesdə beynəlxalq münasibətlər və diplomatiyanın qurulma forması da dəyişib. Terror təşkilatları və ya dövlətdən kənar silahlı quruluşlar beynəlxalq münasibətlərin yeni oyunçusuna çevriliblər. Terror dövlətlər üçün xarici siyasətdə bir vasitəyə çevrildi. Qapalı əməliyyatlar və özəl güc əməliyyatları çoxalmağa başlayıb.

Dövlətlərin münasibətlərində liderlərin şəxsi münasibətləri əsas götürülməyə başlanıb. Bir çox ölkə liderlərinin zəif olması, şəxsi mövqelərini önə çıxarmalar dövlətlərarası münasibətləri çox vaxt xaosa sürükləyir.

Digər tərəfdən, dövlətlərin öz siyasətlərini yeritmək üçün açıq şəkildə təhdid və şantaj etməsi də adiləşib. Buna bir çox nümunə də var. Məsələn, Tramp daha əvvəl təhlükəsizlik müqaviləsi bağladığı ölkələri daha qorumamaqla təhdid edir ki, daha çox pul versinlər.

Xatırlayırsınızsa, Tramp türklər kürdləri qıracağı təqdirdə Türkiyə iqtisadiyyatını məhv edəcəyini demişdi.

Şübhəsiz ki, ictimaiyyətdə əks etdirilməyən çox sayda təhdidlər və şantajlar da var.

Bütün bu örnəkləri yeni dünya nizamını formalaşdıran Suriyada da görmək mümkündür.

Türkiyə ilə ABŞ arasındakı böhranlara hər kəsə məlumdur. Suriya, PKK/YPG və S-400/F-35 böhranları davam edərkən ABŞ-dan hər gün yeni bir təhdid gəlir. ABŞ-ın təhdid siyasətinə Türkiyə də bənzər şəkildə cavab verdiyi üçün, bu böhranlara NATO məsələsinin də əlavə edildiyini görmək olar.

ABŞ-ın Suriyadakı PKK/YPG terror təhdidinə qarşı Türkiyənin verdiyi müdafiə planını ABŞ təsdiqləmədiyi üçün, Türkiyə də NATO-nun Polşa və Baltikyanı ölkələrin rus hücumlarına qarşı qorunması barədə olan müdafiə planını təsdiqləməyib. Qarşılıqlı təhdiddən ibarət olan çıxışlar NATO-nu da böhrana aparır.

Tramp rəhbərliyi ilə birlikdə ABŞ-ın təhdid, şantaj və sanksiya siyasətləri açıq şəkildə ortaya çıxıb. Amma bu, o demək deyil ki, digər dövlətlər belə etmir.

Suriyada apardığı yanlış siyasətlər Türkiyəni RusiyaABŞ arasında sıxışdırıb. Türkiyənin bu durumuna görə təhdid edən təkcə ABŞ deyil, həm də Rusiyadır.

Suriyada Türkiyə ilə Rusiya arasında davam edən kövrək bir münasibət var. Məlumdur ki, Tramp 3 dəfə (sonuncusu 6 oktyabrda) əsgərlərin geri çəkilməsi ilə bağlı qərar qəbul edib. ABŞ 6 oktyabrdan sonra Suriyanın şimalında əsgər sayını azaldıb, Suriyanın şərqində yenidən baza yaradıb, həmçinin, Suriyanın şimalındakı YPG/PKK qüvvələri də Rusiya ilə Türkiyə arasında problemə çevrilib.

Çavuşoğlu verdiyu açıqlamada qeyd edib ki, ABŞRusiya imzaladığı razılaşmadakı vəzifələri yerinə yetirməyib, YPG geri çəkilməyib və Türkiyə lazım gəldikdə hərəkatı yenidən başladacaq. Bu açıqlama Rusiya tərəfini xeyli təəccübləndirib.

Lavrov əvvəlcə Çavuşoğlunun açıqlamasına çox təəccübləndiyini bildirib. Qışa zaman sonra isə qeyd edib ki, Türkiyədən Fəratın şərqində yeni bir hərəkata başlamaması barədə qarantiya alıblar.

Bəs nə oldu ki, Türkiyə birdən-birə geri addım atdı? Yerli mənbələr bildirir ki, neçə vaxtdır Rusiya Türkiyəni təhdid etdiyi üçün Türkiyə də geri addım atmağa məcbur olub və yeni bir hərəkata başlamayacağına söz verib.

Bəs Rusiyanın təhdidləri nələrdir?

- Putinin rus qazının Türkiyəyə verilməsi ilə bağlı yanvar ayında keçirilməsi planlaşdırılan Türkiyə səfərini ləğv etməsi;

- İdlib gərginliyini azaltmaq bölgəsi ilə bağlı müqavilənin ləğvi və Suriya ordusu ilə birgə hərbi əməliyyatlara başlamaq;

- Fəratın şərqində Türkiyənin hərəkat bölgəsinin sərhədlərini genişləndirməsinə qarşı, Rəqqa vilayəti istiqamətində şimal-qərbi Hasekedə yerləşən Təl-Temir ərazisinin qərbində və Əyn-İsa bölgəsində silahlanmasını genişləndirmək (bu edildi).

Eynilə ABŞ kimi rus təhdidləri də Türkiyəni geri çəkdi.

ABŞRusiyanın təhdid-şantaj-sanksi­ya siyasətlərinə qarşı qoymaq üçün bilgi və texnologiya çox vacibdir. Əks halda itirməyə məhkumuq. Çünki bilgi və texnologiya yoxdursa, istehsal edilmirsə, təhdid siyasətlərinə eyni şəkildə cavab göndərmək mümkün olmur. Bu durumu Suriyada daha yaxşı görürük. NATO-dakı son böhranla da hər şeyi daha aydın görəcəyik.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA

pia.az


Etiket: Rusiya Türkiyə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar