Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada hakimiyyət dəyişikliyinin Münhendə gündəmə gətirilməsi nədən xəbər verir?

Fransa prezidenti Emanuel Makron Münhen Konfransındakı çıxışında bildirib ki, Rusiyada hakimiyyət dəyişikliyi cəhdləri uğursuz olub...

Politoloq: “Fransa prezidenti Emmanuel Makron Münxen Təhlükəsizlik Konfransında Rusiya-Ukrayna mövzusuna və Rusiyadakı hakimiyyət dəyişikliyinə toxunması ondan xəbər verir ki, deməli Qərb ölkələri əvvələr, Navalnının və digərlərinin timsalında Rusiyada hakimiyyətin dəyişdirilməsinə cəhd ediblər”.

“Artıq Qərb başa düşdü ki, Rusiya hakimiyyət dəyişikliyi etməyin onların fikirləşdiyi kimi etmək mümkün deyil”.

Bu sözləri politoloq Samir Hümbətov Fransa prezidentinin Münxen Təhlükəsizlik Konfransında Rusiyada hakimiyyət dəyişikliyinə toxunmasını Poliqon.info-a şərh edərkən qeyd edib.

Fransa prezidenti Emmanuel Makron Münxen Təhlükəsizlik Konfransında Rusiya-Ukrayna mövzusuna həsr olunmuş panel sessiyasında çıxış edib. O qeyd edib ki, Rusiyada hakimiyyət dəyişikliyi məsələsinə gəlincə, buna qədər bütün cəhdlər uğursuz olub.

Bəs Münhendə Rusiyada hakimiyyət dəyişikliyi məsələsinin gündəmə gətirilməsinin pərdəarxası məqamları nələrdir?

Mövzunu Poliqon.info-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Bu vaxta qədər Qərbin Rusiyada hakimiyyət dəyişikliyi etmək cəhdlər uğursuz olub”.

Qərbin indi Ukrayna məsələsində Rusiyanı məğlub edib, daxildə vəziyyəti gərginləşdirib, sosial vəziyyəti də artırmaq istədiyini vurğulayan politoloq bildirib ki, onlar Rusiyada daxildəki gərginlik fonunda ölkədə hakimiyyət dəyişikliyi etmək istəyirlər:

“Fransa prezidenti Emmanuel Makron Münxen Təhlükəsizlik Konfransında Rusiya-Ukrayna mövzusuna və Rusiyadakı hakimiyyət dəyişikliyinə toxunması ondan xəbər verir ki, deməli Qərb ölkələri əvvələr, Navalnının və digərlərinin timsalında Rusiyada hakimiyyətin dəyişdirilməsinə cəhd ediblər. Amma görünür ki, bu cəhdlər uğursuz olub. Daha sonra isə Navalnının həbs edilməsi, zəhərlənməsi məsələsi ortaya çıxdı.

Beləliklə də, Rusiyada müxalifət kəsiminin dirəniəşini qırmış oldular. Artıq Qərb başa düşdü ki, Rusiya hakimiyyət dəyişikliyi etməyin onların fikirləşdiyi kimi etmək mümkün deyil. Buna görə də Qərb ölkəsinin bu prosesi Ukrayna üzərindən başlatması görünürortaya çıxdı.

Qərb indi Ukrayna məsələsində Rusiyanı məğlub edib, daxildə vəziyyəti gərginləşdirib, sosial vəziyyəti də artırmaq istəyir. Beləliklə də, onlar Rusiyada daxildəki gərginlik fonunda ölkədə hakimiyyət dəyişikliyi etmək istəyirlər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ən çox oxunanalar