Yaxın illərdə Rusiya həyat səviyyəsinə görə dünya ölkələri reytinqində öz mövqeyini itirməkdə davam edəcək...
Poliqon xəbər verir ki, bu proqnozla Beynəlxalq Valyuta Fondu (BVF) çıxış edib.
"The Moscow Times"ın məlumatına görə, son 10 ildə Rusiya Federasiyasında adambaşına düşən ÜDM 16% azalıb. Nəticədə dünya reytinqində Rusiya Meksika ilə eyni səviyyədə, Panama, Argentina, Bolqarıstan və Macarıstandan da aşağıda yer alıb.
Rusiya indi hazırda adambaşına düşən ÜDM-in həcminə görə dünyada 68-ci yeri tutur ki, bu da iqtisadi fəallıq səviyyəsinin və vətəndaşların həyat keyfiyyətinin göstəricisi hesab olunur.
Məsələn, ötən il Rusiya iqtisadiyyatı adambaşına 13 648 dollar ÜDM istehsal edib ki, bu da ABŞ-dan 6 dəfə (81 632 dollar), Almaniyadan 4 dəfə, dünya lideri Lüksemburqdan (129 810 dollar) az qala 10 dəfə azdır.
BVF-nin proqnozuna görə, yaxın üç ildə Rusiyada adambaşına düşən ÜDM cəmi 11% artaraq 15146 dollara çatacaq. Nəticədə Rusiya yenidən 8-10-cu ölkələr siyahısına düşəcək və 2027-ci ilə qədər adambaşına düşən ÜDM-in müvafiq olaraq 15 964 dollar və 15 517 dollar olacağı proqnozlaşdırılan Qazaxıstan və Türkmənistandan geri qalacaq.
Poliqon.info