Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya XİN Moskva görüşünün detallarını açıqlayıb

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Moskvada keçirilən son görüşdə tərəflərə güzəştə getməyi təklif etdik”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində deyib.

Hazırkı mərhələdə tərəflərin bu təklifləri nəzərdən keçirdiklərini söyləyən D.Qonçar fikir ayrılıqlarının aradan qaldırılacağına ümid etdiyini bildirib.

O, düşmənlərinin nə deməsindən asılı olmayaraq, regionda davamlı sülh və sabitliyin təmin olunmasında Rusiyanın maraqlı olduğunu vurğulayıb.

D.Qonçar qeyd edib ki, Rusiya bütün istiqamətlər üzrə Qarabağ məsələsinin həllində fəal iştirak edir.

Departament direktorunun sözlərinə görə, Rusiya Cənubi Qafqazda problemlərin həllindən kənarda qala bilməz: “Kimsənin buna şübhəsi olmamalıdır. Rusiya bütün istiqamətlər, o cümlədən regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması, iki ölkə arasında dialoqun inkişaf etdirilməsi məsələlərində vasitəçilik səylərini davam etdirir".

XİN nümayəndəsi bildirib ki, proses istənilən sürətlə davam etmir: “Lakin bu, başadüşüləndir. Çünki uzun illər ərzində yığılmış ziddiyətlər var. Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması Rusiya, AzərbaycanErmənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu vasitəsilə ətraflı müzakirə olunur. Regionda nəqliyyat kommunikasiyalarının açılması Cənubi Qafqazın nəhəng iqtisadi potensialının açılmasına kömək edəcək”.

Qeyd edək ki, Rusiya, AzərbaycanErmənistan XİN başçıları iyulun 25-də Moskvada bir araya gəliblər.

Poliqon.info 


Etiket: Rusiya XİN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar