Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Səudiyyə Ərəbistanı neft və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirəcək

Rusiya və Səudiyyə Ərəbistanı neft və qaz hasilatında tərəfdaşlığın genişləndirilməsinin vacibliyi barədə razılığa gəliblər...

Tərəflər müdafiə sahəsində əməkdaşlığı gücləndirməyi və terrorizmlə mübarizə üçün zəruri məlumat mübadiləsini qurmağı öhdəsinə götürüblər.

Poliqon xəbər verir ki, birgə bəyanat Kremlin saytında dərc olunub. Sənəddə qeyd edilir ki, tərəflər neft-qaz sənayesində qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər həmçinin nüvə enerjisindən dinc məqsədlərlə istifadə və “yaşıl” enerji sahəsində tərəfdaşlığı da müzakirə ediblər.

RusiyaSəudiyyə Ərəbistanı qarşılıqlı maraq doğuran məsələlər üzrə mövcud təhlükəsizlik əməkdaşlığını və koordinasiyanı gücləndirmək istəklərini də təsdiqləyiblər. Bundan sonra terror təşkilatlarına qarşı mübarizə məqsədilə ölkələr arasında məlumat mübadiləsi ediləcək.

Bundan əlavə, transsərhəd korrupsiya cinayətlərinə qarşı səmərəli mübarizə üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müvafiq idarələr arasında koordinasiyanın yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 6-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edib. Rəsmi səfər çərçivəsində o, vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud ilə görüşüb. Elə həmin gün prezident BƏƏ-yə də səfər edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Ən çox oxunanalar