Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya-Ukrayna müharibəsi Almaniyanı necə dəyişdi? – “Politico”

Rusiyanın Ukraynaya müdaxiləsi Almaniyanın SSRİ dağılandan, soyuq müharibə başa çatandan sonrakı dövrdə, yəni 30 ildən artıq müddətdə yürütdüyü xarici siyasət kursunun tamamilə dəyişməsi ilə nəticələnib.

Novator.az-ın məlumatına görə, bunu ABŞ-ın “Politico” qəzeti yazır.

2022-ci il fevralın 24-dən Rusiya Ukraynanı bütünlüklə işğal etmək üçün müharibə aparır. Moskva hərbi əməliyyatlara başlayandan bir neçə gün sonra, fevralın 27-də Almaniya kansleri Olaf Şolts ölkəsinin hərbi xərcləri təcili surətdə və əhəmiyyətli dərəcədə artırdığını elan edib. O bildirib ki, hökumət bu məqsədlə xüsusi fond yaradıb. 100 milyard avroluq fond alman ordusunun sürətlə modernləşdirilməsinə xərclənəcək. Almaniya gələcəkdə ümumi daxili məhsulun 2 faizini müdafiə sahəsinə xərcləmək barədə NATO-nun irəli sürdüyü təklifi də reallaşdıracaq.

“Politico” xatırladır ki, kanslerin bəyanatından bir neçə gün qabaq Berlin Rusiyadan Almaniyaya qaz nəqlini nəzərdə tutan “Şimal axını – 2” layihəsinin lisenziyalaşdırılmasını da dayandırıb.

Qəzet yazır ki, Almaniya hökuməti bir qayda olaraq NATO-nun müdafiə planlarına, münaqişə zonalarına silah-sursat göndərilməsinə çox həvəssiz pul ayırır. Ötən ilin dekabrında qurulmuş koalisiya hökumətində təmsil olunan üç partiyadan ikisi – Sosial Demokrat Partiyası (Olaf Şolts bu partiyanın nümayəndəsi kimi kansler seçilib) və Yaşıllar Partiyası belə məsələlərdə başqalarından daha çox həvəssiz olub. Buna görə “Politico” nəşri indi Almaniya hökumətinin götürdüyü yeni kursu tarixi irəliləyiş kimi qiymətləndirir.

Qəzet qeyd edir ki, kansler Şolts fevralın 27-si Bundestaq (parlament) qarşısında çıxış edərkən Rusiya haqda olduqca sərt danışıb. Almaniyanın son onilliklərdəki tarixində Rusiyaya münasibətdə belə kəskin münasibət olmayıb.

Şolts bildirib ki, ukraynalıların azadlığı Putinin repressiv rejiminə göz dağıdır və Rusiya prezidenti Ukraynaya buna görə hücum çəkir. Almaniya kansleri qeyd edib ki, Putin yeni rus imperiyası yaratmaq fikrindədir və Avropa Birliyi tərəddüd etmədən Moskvaya qarşı davamlı sanksiyalar qoymalıdır.

Olaf Şolts etiraf edib ki, Putin öz siyasi kursunu bir günün içində dəyişəsi deyil, amma sanksiyalar ondan ötrü yaxşı dərs olacaq və Rusiya rəhbərliyi təcavüzkarlığın acı nəticəsini o qədər də gec görməyəcək.

Almaniyanın bugünlərdə Ukraynaya silah-sursat göndərməsinə toxunarkən kansler vurğulayıb ki, Putinin təcavüzkar siyasətinə münasibətdə başqa cür davranmaq mümkün deyil.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsini “Avropa qitəsinin tarixində dönüş anı” kimi qiymətləndirən kansler qeyd edib ki, daha vaxtdır, Berlin fəallaşmalıdır: “Kiyevdən, Xarkovdan, Odessadan, Mariupoldan yayılan dəhşətli görüntülər Putinin nə qədər amansız olduğundan xəbər verir. Belə bir vəziyyətdə biz azadlığımızı, demokratiyamızı qorumaq üçün ölkəmizin təhlükəsizliyinə daha çox sərmayə yatırmalıyıq”.

Şoltsun çıxışı Bundestaqda gurultulu alqışlarla qarşılanıb. Ana müxalifət partiyası – Xristian Demokrat İttifaqı da hökumətin yeni siyasətini dəstəklədiyini açıqlayıb.

“Politico” yazır ki, hazırda Almaniya ümumi daxili məhsulunun 1,5 faizinə yaxın hissəsini müdafiə sahəsinə xərcləyir: “NATO-dakı müttəfiqləri bu rəqəmi 2 faizə qaldırmağı xahiş etsələr də, Olaf Şoltsun başçılıq etdiyi hökumət indiyədək buna razılaşmırdı”.

İndi vəziyyətin köklü surətdə dəyişdiyini qeyd edən qəzet bildirir ki, Almaniya avropalı tərəfdaşları, xüsusilə Fransa ilə birgə yeni nəsil döyüş təyyarələri və tankları hazırlamağı planlaşdırır, həm də kanslerin dediyi kimi, Berlin bunu müdafiə planında prioritet layihə kimi görür.

Yeni müdafiə planına əsasən, Almaniya özünün “Eurofighter” qırıcılarını da modernləşdirəcək və ABŞ-dan gözəgörünməz F-35 qırıcıları alınması məsələsinə baxacaq. F-35 qırıcıları Almaniyaya nüvə müharibəsi zamanı nüvə başlıqlı raketlər, yəni atom bombası atmaq imkanı verir. Almaniya İsraildən pilotsuz uçuş aparatları almaq qərarına da gəlib.

Olaf Şolts enerji siyasətini dəyişdirməyi, Rusiya qazından asılılığı azaltmaq üçün təcili yeni terminallar salmağı, enerji qaynaqlarını şaxələndirməyi də vacib saydığını diqqətə çatdırıb.

“Politico” qəzetinin məlumatına görə, soyuq müharibənin axırına yaxın Qərbi Almaniyanın 500 min nəfərə yaxın əsgəri olub. 1990-cı ildə Şərqi Almaniya ilə Qərbi Almaniya birləşib. Amma ölkə əhalisinin sayı artsa da, ilbəil orduda ixtisarlar aparıldığına görə əsgər sayı azalıb. Hazırda Almaniyanın 180 min əsgəri var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay