Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya sülhməramlılarının Xankəndindən Ermənistana alternativ yol çəkir... - Məqsədləri nədir?

Bütün alternativ yollar Azərbaycan ordusunun nəzarəti altında olan ərazidən keçməyəcəkmi?..

Politoloq “Rusiya sülhməramlılarının Xankəndindən Ermənistana alternativ yol çəkmələri onların bir daha sülhməramlı olmadığını ortaya qoyur”.

“Hələ ki, Azərbaycan tərəfi proseslərin gedişini nəzarətdə saxlayır və hadisələrin hansı istiqamət üzrə cərəyan edəcəyini müəyyənləşdirir”.

Bu sözləri politoloq Samir Hümbətov Rusiya sülhməramlılalarının Xankəndindən Ermənistana alternativ yol çəkməklərini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən sosial şəbəklərdə Rusiya sülhməramlılalarının ağacları qıraraq Xankəndindən Ermənistana alternativ yol çəkməyə hazırlaşmaları barədə görüntülər yayılıb.

Rusiya sülhməramlılarının Xankəndindən Ermənistana alternativ yol çəkmək niyyətləri nədən xəbər verir və ümumiyətlə bu mümkündürmü? Bütün alternativ yollar Azərbaycan ordusunun nəzarəti altında olan ərazidən keçməyəcəkmi? Bu halda bu avatüranın məqsədi nədir? Digər tərəfdən rəsmi Bakının bu məsələdə susqunluğunu necə izah etmək olar?

Rus sülhməramlılarının növbəti avatürasını PİA.az-ın əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Rus sülhməramlılarının atdığı addımlar da onların Qarabağda sonunu daha çox yaxınlaşdırır və o ərazilərdən birdəfəlik çıxarılmasını sürətləndirir”.

“Rus sülhməramlıları” ermənilərə hansı istiqamətdə yol çəksələr də, Azərbaycan ordusunun bütün yollara nəzarət etdiyini xatırladan politoloq PİA.az-a bildirib ki, əgər 10 noyabr Bəyannaməsinin müddəalarından kənar addımlar atılacaqsa, oraya müdaxilə etmək və məsələnin qarşısını almaq Azərbaycanın tam hüququdur:

““Rusiya sülhməramlıları”nın Xankəndindən Ermənistana alternativ yol çəkməkləri onların bir daha sülhməramlı olmadığını ortaya qoyur. Eyni zamanda onların bu addımı bizə bir neçə mətləblərdən xəbər verir:

1. Təxribat hallarının geniş şəkildə yayılmasını görürük;

2. Azərbaycanın Qarbağ bölgəsində baş verən proseslərin, yəni erməniləri təxribata sövq edən proseslərin arxasında məhz birbaşa Rusiyanın dayandığını görürük;

3. Azərbaycan ərazisində yerləşən sərvətlərin qanunsuz istismarında məhz Kremlin əlinin olduğunu görürük.

“Rus sülhməramlıları” ermənilərə hansı istiqamətdə yol çəksələr də, Azərbaycan ordusu bütün yollara nəzarət edir. Əgər 10 noyabr Bəyannaməsinin müddəalarından kənar addımlar atılacaqsa, oraya müdaxilə etmək və məsələnin qarşısını almaq Azərbaycanın tam hüququdur. Hələ ki, Azərbaycan tərəfi proseslərin gedişini nəzarətdə saxlayır və hadisələrin hansı istiqamət üzrə cərəyan edəcəyini müəyyənləşdirir. Əlbəttə ki, Azərbaycan müşahidələrini aparandan sonra addımlar atacaq.

Samir Hümbətov: “Rus sülhməramlılarının Azərbaycanın Qarbağ bölgəsinə yol çəkməsi, yaxud da belə avantüraya əl atması cavabsız qalası deyil. Mütləq cavabı veriləcək”.

Qarabağda Rusiyanın avantürası bitən deyil. Rus sülhməramlılarının atdığı addımlar da onların Qarabağda sonunu daha çox yaxınlaşdırır və o ərazilərdən birdəfəlik çıxarılmasını sürətləndirir. Onlar elə başa düşürlər ki, bu addımları atmaqla onlar üçün bölgədə uzunmüddətli qalmaq üçün imkan yaranacaq. Yaxud da onlar düşünürlər ki, erməni əhalisinin marağını qazanmaqla onların orada qalmasına şərait yaradılacaq. Amma rus sülhməramlıları birmənalı şəkildə dərk edə bilmirlər ki, bu ərazilər Azərbaycanın əraziləridir və rəsmi Bakı hələ ki, məsələni nəzarətdə saxlayır. Yaxın zamanlarda oraya birbaşa müdaxilə olunacaq.

Düşünürəm ki, müvafiq addımlar Azərbaycan tərəfindən mütləq atılacaq. Çünki rus sülhməramlıları Qarabağda belə özbaşınalıq edə bilməzlər. Əgər özbaşınalıq edəcəklərsə də, mütləq bunun cavabı olmalıdır. Buna görə də hesab edirəm ki, rus sülhməramlılarının Azərbaycanın Qarbağ bölgəsinə yol çəkməsi, yaxud da belə avantüraya əl atması cavabsız qalası deyil. Mütləq cavabı veriləcək. Əgər Rusiya bunu istəyirsə, qısa müddət ərzində Azərbaycan tələb qoyub Rusiyanı həmin ərazilərdən çıxarmağa məcbur olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Xankəndi Yol


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay