Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya “sülhməramlıları”nın Qarabağadan çıxarılması üçün Azərbaycanın hansı hüquqi əsasları var? - Ərəstun Oruclunun açıqlaması

Azərbaycanın Rusiya “sülhməramlıları” nın ölkədən çıxarılması üçün faktiki və hüquqi addımlar atacağına ehtimal vermək olar?..

Siyasi şərhçi: “Rusiya “sülhməramlıları”nın Dağlıq Qarabağdakı fəaliyyəti onsuz da qanunsuzdur. Rus “sülhməramlıları”nın Qarabağa daxil olması belə beynəlxalq qanunlara ziddir”.

“Bu gün Rusiya faktiki olaraq Qarabağda həm öz təsir dairəsini genişləndirməyə, həm Azərbaycanı təcrid etməyə, həm də oradakı seperatçı rejimi diriltməyə çalışır”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu Rusiya “sülhməramlıları”nın Dağlıq Qarabağdan çıxarılması yollarını PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya “sülhməramlı”larının Dağlıq Qarabağdakı fəaliyyətləri həm üstərəfli bəyanatın, həm Azərbaycan qanunvericiliyinin, həm də beynalxalq hüququn həddlərini çoxdan aşıb və faktiki olaraq Moskva Dağlıq Qarabağda ilhaqçı güc kimi çıxış edir. Xatırladaq ki, son zamanlar Dağlıq Qarabağda yerləşən separatçılar və onlara aid olan qanunsuz silahlı birləşmələr açıq şəkildə Rusiyanın qanadları altına girərək Azərbaycana qarşı təhdidlər səsləndirməkdədirlər. Separatçıların yeni ordu və istehkamlar yaratmaq barədə verdikləri bəyanatlar isə Rusiyanın üçtərəfli bəyanatda elan olunan sülhməramlı missiyası ilə qətiyyən üst-üstə düşmür. Açıq şəkildə görünür ki, Moskvanın əsas məqsədi separatçıları daha da gücləndirmək və yenidən Azərbaycanla üz-üzə qoymaqdır. Yəni Rusiya “sülhməramlı” Dağlıq Qarabağa problemi həll etmək üçün deyil, problemi uzatmaq və erməni separatizminə qol-qanad vermək üçün gəliblər.

Qeyd edək ki, son günlərdə Rusiyanın Qarabağda özbaşınalığı işğaldan azad olunmuş ərazdə nəyin baş verdiyini anlamada çətinlik yaradır. Azərbaycan tərəfinin də Rusiya özbaşınalığına susqunluğu heç anlayışlan deyil.

44 günlük müharibədən sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti necə dəyərləndirmək və Azərbaycanın Rusiya “sülhməramlıları” nın ölkədən çıxarılması üçün faktiki və hüquqi addımlar atacağına ehtimal vermək olar? Eyni zamanda yaranmış vəziyyətdə Rusiya “sülhməramlıları”nın ölkədən çıxarılması üçün Azərbaycanın hansı hüquqi əsasları var, sadəcə yerinə yetirilmədiyi üçün Azərbaycanın üçtərəfli bəyanatdan çıxdığını bəyan etməsi bunun üçün yetərli ola bilərmi?

Qarabağ ətrafında yaranmış vəziyyəti PİA.az-ın əməkdaşı hal-hazırda ABŞ-da yaşayan siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Azərbaycanın üç ölkə arasında razılaşdırılan bəyantdan çıxmalıdır. Rəsmən elan olunmalıdır ki, Azərbaycan bu bəyanatdan çıxır”.

Hətta Azərbaycanın üçtərəfli bəyanatdan çıxdığını elan etsə də Rusiyanın Qarabağdan çıxmayacağını proqnoz edən siyasi şərhçi PİA.az-a açıqlamasında qeyd edib ki, Rusiya ordusu Qarabağa buraxılmamalı idi. Təssüf ki, bu da baş verib:

Rusiya “sülhməramlıları”nın Dağlıq Qarabağdakı fəaliyyəti onsuz da qanunsuzdur. Rus “sülhməramlıları”nın Qarabağa daxil olması belə beynəlxalq qanuna ziddir. Bu tip “sülhməramlı” qüvvəni hüquqi cəhətdən nə Azərbaycan qanunvericiliyi, nə beynəlxalq hüquq, nə də beynəlxalq təşkilatlar tanımır. Sülhməramlı missiyanı həyata keçirmək üçün müvafiq mandat olmalıdır və bu sülhməramlı qüvvə bir ölkədən ibarət ola bilməz. Ona görə də Rusiyanın bölgəyə göndərdiyi “çəkic gücü”n sülhməramlı adlandırımasının özü yanlışdır. Rusiya hökuməti də bunu yaxşı bildiyindən qanunsuz yolla ölkəyə daxil olduqları kimi qanunsuz yolla da fəaliyyətlərini davam etdirirlər. Yəni öz fəaliyyətlərini heç bir qanunla, ya da hüquqi baza ilə müəyyənləşdirmirlər, sadəcə öz geosiyasi maraqlarına görə davranırlar. Buna görə də Rusiya “sülhməramlıları”larının səlahiyyətlərini aşması təbii və gözlənilən idi.

Əslində Rusiyanın məqsədi heç də Qarabağda “sülhməramlı” missiyanı həyata keçirmək deyil. Qeyd edim ki, onların səlahiyyəti belə yoxdur. Çünki ortada nə status, nə də mandat var. Mən ilk gündən “sülhməramlı”ların Dağlıq Qarabağa girişinin əleyhinə çıxış etmişdim və bildirmişdim ki, bu qanuni deyil, zorakılıq və işğalçılıqdır. Bu gün Rusiya faktiki olaraq Qarabağda həm öz təsir dairəsini genişləndirməyə, həm Azərbaycanı təcrid etməyə, həm də oradakı seperatçı rejimi diriltməyə çalışır. Etiraf etmək lazımdır ki, Rusiya bu istiqamətdə xeyli uğurlar əldə edib.

Ərəstun Oruclu: “Biz Azərbaycan hərbiçilərinə qarşı müxtəlif səpkili təxribatların, diversiyaların şahidi olacağıq. Bu təxribatlar ona görə olacaq ki, Rusiya “sülhməramlı”ları bölgədə daha böyük ərazini nəzarətlərinə keçirsinlər”.

Çox təəssüf ki, Azərbaycanda cəmiyyətin böyük hissəsi kortəbii şəkildə bunu inkar edir. lakin fakt faktlığında qalır. Hazırda Rusiya terrorçuların, diversantların əli ilə müxtəlif münaqişələr yaratmaqla Dağlıq Qarabağda özünün təsir sahəsini genişləndirməyə çalışır. Ona görə də biz Azərbaycan hərbiçilərinə qarşı müxtəlif səpkili təxribatların, diversiyaların şahidi olacağıq. Bu təxribatlar ona görə olacaq ki, Rusiya “sülhməramlı”ları bölgədə daha böyük ərazini nəzarətlərinə keçirsinlər.

Əlbəttə Rusiyanın Dağlıq Qarabağdan çıxarmağın hüquqi yolları var. Bunlar aşağıdakılardır:

1. Azərbaycanın üç ölkə arasında razılaşdırılan bəyantdan çıxmalıdır. Rəsmən elan olunmalıdır ki, Azərbaycan bu bəyanatdan çıxır. Çünki Rusiya üzərinə düşən öhdəlikləri yerinə yetirmir və səlahiyyətlərini aşır. Rusiya Azərbaycan ərazilərinin ilhaqı ilə məşğuldur.

2. Bu məsələni beynəlxalq müzakirəyə çıxarmaq olar. Məsələn beynəlxalq sülhməramlı qüvvələrin Qarabağda yerləşdirilməsi ilə bağlı layihə hazırlayıb beynəlxalq təşkilatlara, ilk növbədə BMT-yə müraciət etmək olar.

Belə olan halda Rusiya Qarabağdan çıxacaq. Çünki qonşu dövlətin və ilk növbədə münaqişə tərəfinin birinin müttəfiqi olan dövlətin sülhməramlı şəkilində iştirak etmək səlahiyyəti yoxdur. Beynəlxalq qanunvericilik buna yol vermir. Minimum halda isə çoxmillətli sülhməramlıları qüvvələr müəyyənləşdirilə bilər. Bu halda da Rusiya artıq əvvəlki kimi özünü sərbəst hiss etməyəcək.

Ərəstun Oruclu: “Qonşu dövlətin və ilk növbədə münaqişə tərəfinin birinin müttəfiqi olan dövlətin sülhməramlı şəkilində iştirak etmək səlahiyyəti yoxdur”.

Amma bildiyim kimi Azərbaycanın atacağı addımlara qarşı BMT-də veto hüququndan istifadə etmək istəyən ölkəlıər olacaq. Bular Rusiya və Çindir. Bu gün də Çin və Rusiya faktiki olaraq müttəfiqdir. Onlar Azərbaycanın tələblərinə veto qoya bilərlər. Fransanın isə necə davranacağı bəlli deyil. Digər tərəfdən isə Qərb ölkələri, daimi veto hüququna malik olan Böyük Britaniya, ABŞ və ola bilər Fransa Rusiyanın Qarabağdakı Rusiya “sülhməramlı” missiyasına veto qoya bilər. İstənilən halda bu cür dinamika bizim xeyrimizə olar. Bu halda da Rusiya öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır.

Amma Rusiya bunu edəcəkmi? Məlumdur ki, Rusiya Moldova tərəfinin tələbinə baxmayaraq “sülhməramlı” qüvvələrini oradan çıxarmaq istəmir. Faktiki olaraq Gürcüstanın iki bölgəsini Rusiya “sülhməramlı”ı qüvvələri ilhaq edib. Xatırladım ki, Rusiya “sülhməramlı”ı Gürcüstanda BMT-nin mandatı ilə fəaliyyət göstərirdi.

Düşünürəm ki, Rusiya Azərbaycandan çıxmayacaq. Rusiya ordusu Qarabağa buraxılmamalı idi. Təssüf ki, bu da baş verib”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar